Bakıda maşın motosikletlə toqquşub, bir nəfər ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Rafiz Qurbanov idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Mirzə Məhəmmədin idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub.
Hadisə nəticəsində motosikletin sürücüsü Mirzə Məhəmməd ölüb, sərnişin Nihat Məmmədov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb. (Apa.az)
Bizim.Media