Sərxoş kişi qonaq qaldığı evin sahibini döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Adil Həşimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında Abşeron rayonu ərazisində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Adil Həşimov müvəqqəti olaraq qardaşı oğlu olan zərərçəkmiş Sadiq Həşimovun (adı, soyadı şərtidir) yaşadığı evdə qonaq qismində qalırmış.
 

Hadisə günü təqsirləndirilən şəxs yaşadığı ünvana orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gəlib. Ev sahibi olan qardaşı oğlu onun növbəti dəfə sərxoş halda evə gəlməsinə etiraz edib və bu davranışını irad tutaraq evi tərk etməsini tələb edib.


Həmin iraddan sonra tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə qısa müddətdə daha da kəskinləşib və qarşıdurmaya çevrilib.

Bu zaman Adil əsəbiləşərək Sadiqin üzərinə hücum edib. O, zərərçəkmiş şəxsə əl, yumruq və təpik zərbələri endirərək onun sifət, ağız, göz, qulaq, baş, qol və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsdə başın sol gicgah, ənsə və sol qulaq seyvanının arxa səthində geniş sahəli hematoma, sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır, alın, sol qaş, burun və sol qulaq nahiyələrində sıyrıqlar, eləcə də alt dodağın selikli qişasının əzilmiş yaraları aşkar edilib.

Ekspert rəyində həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər olduğu qeyd edilib.

Beləliklə, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurulduğu müəyyən olunub.

Məhkəmə baxışı zamanı Sadiq Həşimov məhkəməyə yazılı ərizə təqdim edib. O, ərizəsində əmisi ilə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirib. Həmçinin dəymiş ziyanın ödənildiyini qeyd edərək məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edib.

Adil Həşimov da məhkəməyə təqdim etdiyi ərizədə törətdiyi əməli etiraf etdiyini və özünü təqsirli bildiyini qeyd edib. O, zərərçəkmiş şəxslə barışdığını, aralarında yaranmış mübahisənin aradan qalxdığını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı iddiasının qalmadığını vurğulayıb.

Təqsirləndirilən şəxs həmçinin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO