Bakı-Tbilisi qatarı ilə Türkiyəyə gedə biləcəyik? - Yeni marşrutlar AÇIQLANDI

Bakı-Tbilisi qatarlarının yenidən fəaliyyətə başlaması regionda səyahət və turizm imkanlarına marağı yenidən gündəmə gətirib. Uzun fasilədən sonra bərpa olunan bu marşrut sərnişinlər üçün həm alternativ nəqliyyat vasitəsi, həm də yeni səyahət istiqamətləri baxımından diqqət çəkir. Son günlərdə sosial platformalarda turizm şirkətlərinin bu istiqamətdə paket turlar təklif etməsi də marağın artdığını göstərir.

Qatar xəttinin bərpası ilə bağlı ictimai gözləntilər və səyahət planları fonunda Tbilisinin tranzit mərkəz kimi rolu, eləcə də region ölkələri arasında əlaqələrin daha da genişlənməsi məsələsi aktuallaşır. Bu kontekstdə həm qiymət dəyişiklikləri, həm də yeni marşrut imkanları diqqət mərkəzinə çevrilib.

Bizim.Media bildirir ki, turizmçilər "Kaspi"yə açıqlamalarında Bakı-Tbilisi qatar xəttinin turizmə təsiri, qiymət siyasəti və potensial tranzit imkanları ilə bağlı fikirlərini bölüşüblər.

"Təklif olunan turpaketlər hələ azdır"

Turizmçi Əfsun Əhmədov bildirir ki, bu səfərlərə maraq kifayət qədər yüksəkdir: "Artıq Bakı-Tbilisi qatarı ilə Gürcüstana səyahət etmək mümkündür. Bu ölkəyə gediş üçün viza tələbi yoxdur. Turizm şirkətləri Tbilisi istiqamətində aktivləşib. Azərbaycan-Gürcüstan istiqamətli turlar var, amma birbaşa "Bakı-Tbilisi qatar turu" adı ilə paket hələ azdır. Əsasən Azərbaycan daxilində və Gürcüstan daxilində turlar təklif olunur. Məsələn, Tbilisi, Kazbegi, Kakheti turları kimi. Tur şirkətləri tərəfindən artıq "qatarla Gürcüstan" paketləri də təklif olunur. Qatarların fəaliyyətinin bərpasından sonra Gürcüstan vasitəsi ilə Türkiyəyə səfər edənlər də çoxluq təşkil edir".

"Qara dəniz şəhərlərinə getmək də asanlaşıb"
 

Qiymətlərə gəlincə, turizmçi bildirir ki, qiymətlər müxtəlif şərtlərdən asılı olaraq bir nəfər üçün təxminən 109-237 USD (185-403 AZN) arası dəyişir:


"Pandemiyadan əvvəlki dövrlə müqayisə etsək, qiymətlər təbii ki, bir qədər yüksəkdir. Turizmin canlanması üçün qiymətlər mümkün qədər balanslaşdırılır".

Turizmçi bildirir ki, sırf qatarla səyahət etmək istəyənlər üçün belə bir marşrut var:

"Bakı-Tbilisi-Axalkalaki-Qars, sonra Türkiyə daxili qatarlarla Trabzon, Rizə, Hopa və s. Yəni artıq Qara dəniz şəhərlərinə getmək asanlaşıb. Qara dəniz sahilləri üçün ən rahat marşrut Tbilisidən Qarsa qatar, Qarsdan Batumi/Hopa istiqamətinə avtobus+qatar kombinasiyasıdır. Birbaşa Bakı-Trabzon qatarı yoxdur, amma Qars-Trabzon marşrutu var".

Kombinə olunmuş marşrutlara şərait yaranıb
 

Turizmçi Günel Şıxıyeva Bakı-Tbilisi qatarına marağın kifayət qədər yüksək olduğunu bildirir:


"Qatar altı illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb və ilk günlərdə 1000-dən çox bilet satılıb, hətta əlavə vaqon qoşulub. Gürcüstan Dəmir Yolları da satışların gözləniləndən yüksək olduğunu açıqlayıb". O bildirir ki, hazırda Bakı-Tbilisi marşrutu üzrə bir istiqamət üçün qiymət 81 AZN-dən başlayır və əvvəlki illərlə müqayisədə artıb.

G.Şıxıyeva bildirir ki, bu marşrut xəttindən istifadə edib Türkiyəyə, Qara dəniz sahillərində səyahətə üstünlük verənlər də çoxalıb:

"Ən çox istifadə olunan marşrut "Bakı-Tbilisi- Batumi-Trabzon-Uzungöl"dür. Bakı-Tbilisi qatarının açılması Gürcüstan üzərindən Türkiyənin Qara dəniz bölgəsinə daha rahat və nisbətən büdcəli kombinə olunmuş marşrutların yaranmasına şərait yaradır".

Turist axını ilə bağlı gözləntilər

Turizmçi Əziz Şiriyev hesab edir ki, bu, alternativ olaraq dəmir yolundan istifadə imkanının yaranması, turizm baxımdan əlverişlidir. Turistlər qatarlardan istifadə etməklə Bakıya və Gürcüstana və Türkiyəyə səyahət etmək imkanı əldə ediblər.

Turizmçi bu marşrutun böyük marağa səbəb olduğunu bildirir:

"Bu addım turizmə öz töhfəsini verəcək və ölkəmizə turist axınına gətirib çıxaracaq. Həmçinin iqtisad-siyasi və mədəni əlaqələrin inkişafına, Qafqaz turlarının aktuallaşmasına səbəb olacaq. Gələn turistlər yolüstü regionlarda düşə və oradan gəzə-gəzə Bakıya gələ və dəmiryolu ilə qayıda bilərlər. Bu, regionların inkişafına da öz töhfəsini verər".

Turizmçi hesab edir ki, Bakı-Tbilisi qatarlarının fəaliyyəti insanlara əlavə səyahət imkanları da təqdim edir:

"Bu alternativlər turistlərə əlavə imkanlar təqdim edir ki, bunlardan yararlanaraq özlərinə uyğun paketlər götürə bilirlər. İstənilən halda ölkəyə giriş imkanlarının genişlənməsi turistlərin axınına müsbət təsirini göstərir".

Turizmçi Aytac Nəzərlinin sözlərinə görə, Bakı-Tbilisi qatarının fəaliyyətə başlaması səyahətsevərlərin marağına səbəb olub, amma qiymət ürəkaçan deyil:

"Qatar yolunun açılmasına nə qədər sevindiksə, bir o qədər də qiymətlərə görə məyus olmuşuq. Düzdür, altı il əvvəlki qiymətdə fərq olmalıdır, amma bu qədər də yox".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala hala saldılar – FOTO

100 illik ev alıb bu hala hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

End of content

No more pages to load

RADİO