ABŞ-ın Kaliforniya ştatının Livermor şəhərindəki 6 saylı yanğınsöndürmə məntəqəsində dünyanın ən uzunömürlü lampası 125 ildir yanır.
Bizim.Media xəbər verir ki, “Əsrlik lampa” adlanan bu işıq 1901-ci ildə yandırılıb və elektrik enerjisindəki fasilələr, təmir və köçürülmələr istisna olmaqla, o vaxtdan bəri demək olar ki, fasiləsiz işləyir. Onun 125 illik yubileyi 6 iyun 2026-cı ildə qeyd edilib.
Lampanın əsas xüsusiyyətlərindən biri karbon lifli közərmə telidir. Mütəxəssislərin fikrincə, telin möhkəm və qalın olması, həmçinin lampanın aşağı temperaturda işləməsi onun uzunömürlülüyünə səbəb ola bilər. Hazırda lampa təxminən 4 vatt enerji sərf edir və çox zəif işıq saçır.
Maraqlıdır ki, lampa onu izləyən üç veb-kameradan daha uzun ömürlü olub. 2013-cü ildə isə 9 saat 45 dəqiqə sönüb. Səbəb lampanın özü deyil, enerji təchizatı blokundakı nasazlıq olub.
Bizim.Media