2026-cı ilin Prezident mükafatçısı Sərxan Ağadadaşov subaylığın daşını atıb.
Bizim.Media xəbər verir ki, cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə mükafatlandırılan 10 gəncdən biri olan Sərxanın Xəzər Universitetinin məzunu Aydan adlı xanımla toy mərasimi baş tutub.
Qeyd edək ki, Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin məzunu olan Sərxan Ağadadaşov 2020-ci ildən başlayaraq, xüsusilə Vətən müharibəsindən bu yana PUA-ların istehsalı və təmiri sahəsində çalışır.
Hazırda «Sinam» şirkətində aparıcı mühəndis kimi fəaliyyət göstərən gənc mütəxəssis Prezident İlham Əliyev tərəfindən ilk mükafatını 2022-ci ildə «Texnofest» yarışmasında 1-ci yerə çıxdığına görə alıb.
Yeni ailə quran cütlüyə xoşbəxtlik arzulayırıq!








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu