Sentyabrın 30-da Quba-Xaçmaz yolunun rayonun Bəhrəli qəsəbəsindən keçən hissəsində baş verən qəzada ağır yaralanan 8-ci sinif şagirdi,13 yaşlı Gülay Pirməmmədova Bakıdakı xəstəxanaların birində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, məktəbə gedərkən «Opel» markalı avtomobillə vurulan məktəbli Bakıya aparılmışdı və koma vəziyyətində idi. Həkimlərin səylərinə baxmayaraq, Gülay Pirməmmədova xəstəxanada keçinib.
Faktı Quba rayon polis şöbəsinin istintaq bölməsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu