Rusiya qüvvələri Kiyevdəki Şimal körpüsünə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, yerli Telegram kanallarının yaydığı məlumatlara və kadrlara əsasən, hücum zamanı körpüyə ciddi ziyan dəyib.
Hadisə yerindən çəkilmiş video-görüntülərdə zərbənin dəqiq anı və nəticədə yaranan dağıntıların miqyası açıq şəkildə görünür. Körpünün fəaliyyəti və dəyən ziyanın miqyası ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlamaların verilməsi gözlənilir.
Bizim.Media