Quba rayonunun dağlıq kəndlərinə güclü dolu düşüb. Bir müddət əvvəl torpaq sürüşməsi baş vermiş Aydınkənd kəndi bu dəfə də təbiət hadisəsi ilə üzləşib.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, qısamüddətli yağmasına baxmayaraq, dolu sakinlərin tərəvəz sahələrinə və əkin sahələrinə ciddi ziyan vurub.
Yerli sakinlər iyun ayında bu cür güclü dolunun yağmasını nadir hallarda gördüklərini bildiriblər.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu