Xəbər verdiyimiz kimi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir.
Bizim.Media xəbər verir ki, Forum çərçivəsində AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bundan əlavə, AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığı gücləndirməyə yönəlmiş çoxtərəfli memorandumun imzalanması baş tutub.
Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, birgə layihələr və regional tərəfdaşlığın inkişafını nəzərdə tutur.






Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media