Gəncədə xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadının bıçaqlanma səbəbi və hadisənin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Aygün İsmayılovaya ailə münaqişəsi zəminində kəsici alətlə xəsarət yetirən şəxs onun həyat yoldaşı, Gədəbəy rayon sakini, 40 yaşlı R.Novruzovdur.
İlkin versiyaya əsasən, hadisəyə qadının həyat yoldaşından boşanmaq istəməsi səbəb olub.
Şübhəli şəxs R.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu