Gəncədə bir qadın hələlik məlum olmayan şəraitdə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Aygün İsmayılova bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.
İlkin versiyaya görə, 36 yaşlı qadını bıçaqlamaqda əri şübhəli bilinir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu