“Artıq uşağa əl qaldırmaq yox, hətta onu sinifdə utandırmaq da qadağandır” – deputat

Davranış problemi olan şagirdlərlə bağlı mövzu son vaxtlar tez-tez gündəmə gəlir. Hər hansı hadisə baş verən kimi, bu məsələ yenidən müzakirə olunur. Məktəblərdə aqressiv davranış, dərsi pozmaq, müəllimə və sinif yoldaşlarına hörmətsizlik kimi hallar həm valideynləri, həm də təhsil ictimaiyyətini ciddi şəkildə narahat edir.

Qanunvericiliyə uşaq hüquqları ilə bağlı dəyişikliklər, uşaqlara qarşı aqressiv davranışlar və cəza metodlarına qarşı cəzaların nəzərdə tutulması barədə müddəaların əlavə olunması da geniş diskussiyalara səbəb olub.

Bizim.Media xəbər verir ki, deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu, aktual mövzu ilə bağlı “Musavat.com”a açıqlama verib.

“Bir çox valideyn düşünür ki, belə uşaqları vaxtında müəyyən etmək çox vacibdir. Çünki problem nə qədər tez aşkar olunsa, onunla işləmək də bir o qədər asan olar. Bəziləri bu uşaqlar üçün xüsusi məktəblərin yaradılmasını təklif edir, digərləri isə hesab edir ki, adi məktəblərdə ayrıca siniflər olsa, daha yaxşı nəticə verər.

Amma bir məsələ aydındır: bu uşaqlara sadəcə cəza verməklə problem həll olunmur. Çox vaxt bu davranışların arxasında ailə problemləri, psixoloji gərginlik, diqqət çatışmazlığı və ya uşağın böyüdüyü mühit dayanır. Yəni burada söhbət təkcə intizamdan getmir, məsələ daha dərindir”.

Deputat qeyd edib ki, son illərdə məktəblərdə uşaqların hüquqlarının qorunması da daha çox diqqət mərkəzinə gəlib:

“Artıq uşağa əl qaldırmaq yox, hətta onu təhqir etmək, alçaltmaq və ya sinif qarşısında utandırmaq da qadağandır. Məqsəd odur ki, məktəb uşaq üçün təhlükəsiz yer olsun.

Qanunvericilikdə də bu mövzuda dəyişikliklər edilib. İndi həm müəllimlər, həm də valideynlər müəyyən məsuliyyət daşıyır. Amma cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Bəziləri deyir ki, müəllim heç bir halda sərt davranmamalıdır.

Xüsusilə psixoloji təzyiqin uşağa ciddi zərər verdiyi düşünülür. Digərləri isə hesab edir ki, intizamı qorumaq üçün müəllimin müəyyən təsir imkanları olmalıdır”.

C.Məmmədovun fikrincə, əslində isə əsas məsələ ortaq nöqtəni tapmaqdır:

“Həm uşağın hüquqları qorunmalıdır, həm də müəllim dərsini normal şəkildə keçə bilməlidir. Şagird yaxşı davranışa görə həvəsləndirilməli, səhv edəndə isə zorakılıq olmadan, daha çox izah və tərbiyə yolu ilə yönləndirilməlidir.

Dünya təcrübəsinə baxanda görürük ki, bir çox ölkələr bu sahədə artıq sistemli işləyir. Məsələn, bəzi ölkələrdə uşaqda problem hiss olunan kimi müəllim, psixoloq və sosial işçi birlikdə işə başlayır.

Məqsəd problemi böyümədən həll etməkdir. Bəzi yerlərdə xüsusi siniflər və ya məktəblər var. Amma məqsəd uşağı ayırmaq deyil, onu sonradan yenidən ümumi mühitə qaytarmaqdır. Başqa modellərdə isə uşaq həm adi sinifdə oxuyur, həm də əlavə dəstək proqramlarına qatılır”.

Deputat qeyd edib ki, bizdə də bu istiqamətdə addımlar atmaq olar:

“Məsələn, əvvəlcə böyük şəhərlərdə pilot layihələr başlamaq mümkündür. Məktəblərdə psixoloji dəstək xidmətlərini gücləndirmək, ayrıca siniflər və ya proqramlar yaratmaq olar. Bunun üçün yeni məktəblər tikmək mütləq deyil. Müəllimlərin də bu sahədə hazırlığı çox vacibdir. Çünki davranış problemi ilə işləmək xüsusi yanaşma tələb edir. Eyni zamanda valideynlər də bu prosesdə aktiv olmalıdır. Məktəblə əməkdaşlıq etmədən nəticə əldə etmək çətin olur.

Bir məsələni də nəzərə almaq lazımdır: belə uşaqları hamısını bir yerə toplamaq həmişə yaxşı nəticə vermir. Əgər düzgün idarə olunmasa, onlar bir-birinə mənfi təsir göstərə bilər. Ona görə hər uşaq üçün fərdi yanaşma daha effektivdir. Valideynlərlə ayrıca işləmək, psixoloji dəstək proqramları, fərdi və qrup məşğələləri də bu sahədə yaxşı nəticə verə bilər”.

Sonda C.Məmmədov fikirlərini bu şəkildə ümumiləşdirib:

“Çıxış yolu nə sərt cəzalardadır, nə də tam sərbəstlikdə. Ən düzgün yanaşma balansdır. Yəni həm qayda olmalıdır, həm də uşaq anlayış və dəstək görməlidir. Məktəb uşağın qorxduğu yer yox, özünü rahat hiss etdiyi və inkişaf etdiyi mühit olmalıdır. Davranış problemi olan uşaqlarla bağlı yeni yanaşmalar artıq bir seçim yox, zərurətə çevrilib. Məqsəd uşağı cəzalandırmaq deyil, onu düzgün istiqamətləndirib gələcəkdə cəmiyyət üçün faydalı fərd kimi yetişdirməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Britaniya ordusu Rusiyanın neft tankerini Manş boğazında saxladı

Britaniya ordusu Rusiyanın neft tankerini Manş boğazında saxladı

Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir

Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir

ABŞ-da "doğuş turizmi" ilə mübarizə kəskinləşir: Vizalar ləğv edilir - VİDEO

ABŞ-da "doğuş turizmi" ilə mübarizə kəskinləşir: Vizalar ləğv edilir - VİDEO

ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

End of content

No more pages to load

RADİO