Bu gün saat 00 radələrində Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil ağaca çırpılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media