Anomal İSTİLƏR gəlir: noyabra qədər davam edə bilər

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) hava temperaturu proqnozlarına dair yeni hesabat yayıb.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, hesabatda qlobal hava temperaturunun yüksəlməsinə səbəb olan El Nino hava hadisəsinin 2026-cı ilin iyun-avqust dövründə başvermə ehtimalının 80 faiz olduğu və həmin vəziyyətin noyabr ayına qədər davam edə biləcəyi qeyd olunub.
 

Bildirilib ki, tropik Sakit okeanda qeyri-adi dərəcədə isti okean sularının təsiri nəticəsində El Nino şəraiti formalaşır. Bu vəziyyətin qarşıdakı aylarda ekstremal hava hadisələri riskini artıracağı, qlobal temperatur və yağıntı rejimlərinə təsir göstərəcəyi vurğulanır.


Hesabatda iyun-avqust aylarında El Nino hadisəsinin baş vermə ehtimalının 80 faizə, həmin hadisənin ən azı noyabr ayına qədər davametmə ehtimalının isə 90 faizə yaxın və ya daha yüksək olduğu bildirilib.

El Ninonun nə qədər güclü olacağı və pik nöqtəsinə nə vaxt çatacağı ilə bağlı qeyri-müəyyənliklər qalsa da, əksər proqnoz modelləri onun ən azı orta gücdə, böyük ehtimalla isə güclü olacağını göstərir.

Aprelin sonundan mayın ortalarınadək Mərkəzi və Şərqi Ekvatorial Sakit okeanda dəniz səthinin temperaturunun El Nino həddinə yaxınlaşdığı qeyd edilir.

Bildirilir ki, səth temperaturundakı bu anomaliyalar tropik Sakit okeanın dərin qatlarında mövcud olan qeyri-adi istilik ehtiyatlarından qaynaqlanır.

Hesabata görə, tropik Sakit okeanda temperatur normadan təxminən 6 dərəcə yüksəkdir. Bu isə müşahidə olunan səth istiləşməsini gücləndirən mühüm istilik ehtiyatı yaradır.

Hesabatda fikirlərinə yer verilən BMT-nin Baş katibi Antonio Quterreş bildirib:

“El Nino qarşıdakı aylarda 90 faiz ehtimalla qapımızı döyəcək. Dünya bunu təcili iqlim xəbərdarlığı kimi qəbul etməlidir. El Nino istiləşən dünyanın alovuna benzin tökmüş kimi olacaq. Onun təsirləri daha sərt olacaq, daha geniş ərazilərə yayılacaq və dağıdıcı sürətlə sərhədləri aşacaq”.

Quterreş vurğulayıb ki, bu vəziyyətə qarşı yeganə effektiv cavab ədalətli iqlim fəaliyyətidir. Bu fəaliyyət fosil yanacaqlardan asılılığın azaldılmasını, bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsini, həssas qrupların qorunmasını və hər kəs üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasını əhatə edir.

ÜMT-nin baş katibi Selesta Saulo də potensial olaraq güclü El Nino hadisəsinə hazırlaşmağın vacibliyini bildirib.

“El Nino quraqlığı və güclü yağıntıları daha da şiddətləndirəcək, həm quruda, həm də okeanlarda isti hava dalğaları riskini artıracaq. 2023–2024-cü illərdə müşahidə olunan son El Nino tarixdə qeydə alınmış ən güclü 5 El Nino hadisəsindən biri idi və 2024-cü ildə qeydə alınan rekord qlobal temperatur göstəricilərində mühüm rol oynadı”, - deyə o diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

End of content

No more pages to load

RADİO