Maşın bazarında gözlənilməz dönüş — Vəziyyət 180 dərəcə dəyişdi

Azərbaycanda avtomobil bazarında müşahidə olunan dəyişikliklər həm alıcı davranışına, həm də qiymət siyasətinə birbaşa təsir göstərir. Bazarda yeni markaların və fərqli istehsalçıların sayının artması rəqabəti gücləndirsə də, müəyyən avtomobil modellərinə maraq hələ də yüksək olaraq qalır. Xüsusilə alıcıların etibarlılıq, uzunömürlülük və sonradan satış imkanlarına daha çox önəm verməsi bazardakı qiymət dinamikasını formalaşdıran əsas amillərdən biri hesab olunur. 

Bu səbəbdən qiymət artımının tempi zəifləsə də, ümumi bahalaşma prosesi davam edir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, Azərbaycanda avtomobil bazarında qiymət artımı tempinin zəifləməsinə baxmayaraq, bahalaşmanın davam etməsi əsasən bazardakı struktur dəyişiklikləri ilə bağlıdır:

"Son dövrlərdə Çin istehsalı olan avtomobillərin ölkəyə kütləvi şəkildə gətirilməsi nəticəsində bazarda təklif əhəmiyyətli dərəcədə artıb və bu da ümumi qiymət artımı tempinin zəifləməsinə təsir göstərib. Yəni bazarda avtomobil sayı artdığı üçün əvvəlki dövrlərlə müqayisədə qiymətlərin daha sürətlə yüksəlməsi dayanıb. 

Lakin bununla yanaşı, müəyyən müddətdən sonra bəzi alıcıların Çin avtomobillərinin keyfiyyəti, uzunmüddətli istismarı və ikinci əl dəyərinin qorunması ilə bağlı gözləntilərinin tam qarşılanmadığını düşünməsi bazarda marağın nisbətən azalmasına səbəb olur. Bu səbəbdən alıcılar daha çox etibarlılığı sübut olunmuş ənənəvi markalara yönəlirlər".

Ekspert deyib ki, nəticə etibarilə, bazarda uzun illərdir formalaşmış modellərə tələb yüksək olaraq qalır:

"Tələb artdıqca həmin avtomobillərin qiymətləri də özünü bərpa edir və yüksək səviyyədə qalmağa davam edir. Bu proses ikinci əl avtomobil bazarında da özünü göstərir. İkinci əl avtomobillərə tələbin yüksək qalmasının əsas səbəblərindən biri isə alıcıların daha etibarlı və likvid hesab etdikləri avtomobillərə üstünlük verməsidir",- deyə o bildirib.

Ekspert əlavə edib ki, illərdir özünü doğrultmuş modellərə tələbatın yüksək olması onların qiymətini yenidən bərpa edir. Xüsusilə ikinci əl bazarında likvidliyi yüksək olan, yəni tez satılan və dəyərini itirməyən avtomobillərə üstünlük verilməsi ümumi bahalaşma prosesini qüvvədə saxlayır.

Yəni, bazarda ucuz və çox sayda yeni avtomobil olsa da, insanlar hələ də köhnə və sınaqdan keçmiş markalara daha çox güvənir, bu da həmin maşınların qiymətini baha saxlayır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alçanı duza batırıb yeməyin sirri məlum oldu - Bu qəribə vərdişi kim kəşf edib?

Alçanı duza batırıb yeməyin sirri məlum oldu - Bu qəribə vərdişi kim kəşf edib?

Əməkhaqqı ilə bağlı YENİLİK – Bu qaydada hesablanacaq

Əməkhaqqı ilə bağlı YENİLİK – Bu qaydada hesablanacaq

Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir?

Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir?

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər

Lənkəran sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Lənkəran sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Ağcabədidə 14 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

Ağcabədidə 14 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

Meyvəsindən çox yarpağı qazanc gətirir... – Xarici ölkələrə də SATIRLAR - FOTO

Meyvəsindən çox yarpağı qazanc gətirir... – Xarici ölkələrə də SATIRLAR - FOTO

Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK

Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK

Vəfat edən əri ilə bağlı paylaşım etdi– Video

Vəfat edən əri ilə bağlı paylaşım etdi– Video

Sürücülərin DİQQƏTİNƏ! - Bu gündən qüvvəyə mindi, 100 manat CƏRİMƏSİ VAR

Sürücülərin DİQQƏTİNƏ! - Bu gündən qüvvəyə mindi, 100 manat CƏRİMƏSİ VAR

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLƏCƏK

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLƏCƏK

Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

Bu BÜRCLƏRİN mayın sonuna kimi arzuları gerçəkləşəcək

Bu BÜRCLƏRİN mayın sonuna kimi arzuları gerçəkləşəcək

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni— Təzyiqi və şəkəri tənzimləyir

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni— Təzyiqi və şəkəri tənzimləyir

Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı- Video

Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı- Video

Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN

Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN

Pekində böyük sövdələşmə siqnalları: Ukraynanın taleyi necə HƏLL OLUNUR?

Pekində böyük sövdələşmə siqnalları: Ukraynanın taleyi necə HƏLL OLUNUR?

"İki il əvvəl mənə ən yüksək adı bəxş etdin"

"İki il əvvəl mənə ən yüksək adı bəxş etdin"

Maşın bazarında gözlənilməz dönüş — Vəziyyət 180 dərəcə dəyişdi

Maşın bazarında gözlənilməz dönüş — Vəziyyət 180 dərəcə dəyişdi

Xanımına ən çox yalan danışan 5 bürc

Xanımına ən çox yalan danışan 5 bürc

Ukrayna Kiyevə hücumun intiqamını belə aldı – VİDEO

Ukrayna Kiyevə hücumun intiqamını belə aldı – VİDEO

Azərbaycanın paytaxtı dəyişdiriləcək? - Şuşa və Qəbələ deyil, bu şəhər ola bilər...

Azərbaycanın paytaxtı dəyişdiriləcək? - Şuşa və Qəbələ deyil, bu şəhər ola bilər...

Təmsilçimiz finala çıxa bilmədi – VİDEO

Təmsilçimiz finala çıxa bilmədi – VİDEO

End of content

No more pages to load

RADİO