Mövsümün ilk çay YIĞIMINA başlandı - Masallının çay plantasiyasından FOTOREPORTAJ

Ötən gün “Azərsun-Holdinq” Masallıdakı çay plantasiyalarına jurnalistlərin mediaturunu təşkil edib.

Bizim.Media xəbər verir ki, səfərin məqsədi çay plantasiyalarında xammalın yığım, emal prosesinin izahını əyani göstərmək olub.

İlk olaraq Masallının Külatan kəndinə çatan jurnalistlər buradan sıx meşələrin əhatəsində, Talış dağlarının mənzərəsi fonunda çay plantasiyalarının yerləşdiyi Sığaçol ərazisinə yollanır.

Burada Masallının ənənəvi əkinini təşkil edən 100 hektarlıq çayçılıq sahəsi bizi qarşılayır.

Sözügedən çay plantasiyası 12 il öncə - 2014-cü ildə salınıb.

7 il sonra isə əkilib becərilən sahələrdən xammal götürülməyə başlanılıb.



Öncəliklə, hazırda yamyaşıl olan bu  sahələrdə zəhmətkeş xanımların iş prosesini izləyirik. Meşə, dağ ardıcıllığında yaşıllıqla əhatələnən bu çay plantasiyaları öz zərifliyi ilə göz oxşayır və seçilir. 

Jurnalistlərə plantasiyalardakı iş prosesi barədə daha ətraflı məlumatı isə “Azərsun-Holdinq”in Masallıdakı “SUN TEA” fabrikinin direktoru Nuriyyə Rəhmanova verib.

N.Rəhmanova bildirib ki, il ərzində 4 dəfə keçirilən yığım prosesinin ilk mərhələsinə başlanılıb:

“Bu il əkilən 22 min toxumu öz sahələrimizdən yığmışıq. Hazırda isə ərazidə birinci yığıma başlanılıb. İl ərzində may, iyul, sentyabr və oktyabr olmaqla 4 dəfə yığım prosesi aparılır. Bir gün ərzində adambaşı 500 qram-1 kiloqram çay yığılır.

Ötən illə müqayisədə bu il məhsuldarlığın 10-12 % artacağını gözləyirik. Ümumumiyyətlə, ən ətirli, ən gözəl çay may ayında yığılan çaydır”.



Mediatur çərçivəsində çayın emal prosesindəki ardıcıllıq haqqında da məlumat alırıq:

“Çayların ilkin emal prosesi solma adlanır. Bu proses zamanı yarpaqların nəmliyinin azaldılması həyata keçirilir.

Daha sonra çay şəkilləndirilir, burulma prosesindən keçir. Burulma yarpaq şirəsinin (enzimlərin) xaricə çıxması üçün istifadə edilən prosesdir.

Ardınca isə çay fermentasiya olunur. Sadə dildə desək, oksidləşir. 90-95 % rütubət olan otaqlarda havadakı oksigenlərlə reaksiya girərək oksidləşir - fermentasiya olunur. Bununla da çay qəhvəyi rəng alır. Biz bu rəngi məhz dəmlənmə prosesi zamanı görürük. Fermentasiya prosesindən sonra isə 99-100 dərəcəlik sobalarda saat yarım qurudulur. Bu prosesin ardınca xırda, orta iri yarpaq olaraq ayrılaraq çeşidlənir.

Çay özü boya verən qida maddəsi olduğuna görə kənardan hər hansısa boyamadan istifadə edilmir. Bu, texnoloji proses olaraq mümkün deyil. Dadlandırılma prosesində kəklikotu, limon, çiyələk kimi müxtəlif bitki və meyvə ətirləndiricilərindən istifadə olunur”.

Burada çayın dəmlənmə prosesində edilən doğru addımları da öyrənmiş oluruq:

“Çayın dəmlənməsində təzə qaynadılmış yumşaq sudan istifadə edilir. Qaynadılmış su 1 dəqiqə dincəldikdən sonra 200 ml-nə 2 qaşıq çay atılaraq dəmlənməyə qoyulur. Dəmlənmiş çay 20-30 dəqiqə ərzində içilməlidir. 30 dəqiqə sonra içilən çay zərərli deyil, amma xeyri də yoxdur. Bəzən deyilir ki, bu, qaraciyərdə ləkə yaradır, amma belə deyil.

Çay içmək bizim üçün əslində adət halına gəlib. Amma nəzərə alaq ki, adətlə yanaşı, çay həm də faydalı bitki növüdür. Çay yarpağında 360 üzvi və qeyri üzvi maddə var. İkinci belə bir bitki yoxdur. Ona görə də çayın faydalarından yararlanmaq üçün dəmləndiyi 20-30 dəqiqə müddətində istehlak edilməlidir”.



N.Rəhmanova 1 dəfəlik istifadə üçün hazırlanan paket çayların tarixi və daha tez dəmlənmə səbəblərindən də danışıb:

“1920-ci illərdə bir ingilis tacir Hindistandan çay alaraq Amerikada satırmış. Çayı hər dəfə alıb aparanda  taxta yeşiyin dibində çayın ənəntisinin qaldığını görür. Bu ticarəti qızılla etdiyi üçün həmin ənəntini atmağa da heyfi gəlir. Bunu kətan parçalara bükür və bazarda satmağa başlayır. 1935-ci ildə alman  firmasına bunu layihə olaraq satır.

Bununla da paketlik çayların texnologiyası qurulur. Qablaşdırma üsulları isə dəyişərək bu günümüzə gəlir. Bu, çayın xırda hissəsidir, tozu deyil. Bu çayların daha tez dəmlənmə səbəbi isə xırda olması və isti su ilə daha tez reaksiyaya girə bilməsidir”.

Onun sözlərinə görə, ötən il birinci yığımda 26 ton məhsul əldə edilib. Ümumilikdə isə 36 ton xammal yığılıb ki, bu da indiyə qədərki ən yüksək göstəricidir.

Qeyd edək ki, Azərbaycan çay mədəniyyəti əsrlərdir formalaşıb. Bu mədəniyyət 2022-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Ölkəmizdə qonaqpərvərliyin rəmzini də məhz bu dadlı içki təmsil edir - evə gələn qonağa mütləq çay təklif edilir.  Yəni, ölkəmizdə çay həm də qarşılıqlı hörməti qoruyan bir ənənə hesab olunuraq davam etdirilir.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

End of content

No more pages to load

RADİO