Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına- 10 il 6 aylıq cəza verildi

Bir il əvvəl ictimaiyyətə daha çox qalmaqallı ailə mübahisəsi kimi təqdim olunan iş adamı Fuad Allahverdiyevin işi bir neçə gün əvvəlki məhkəmə hökmü ilə fərqli hüquqi məzmun alıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevin keçmiş həyat yoldaşı Allahverdiyeva Gülşən Əsgər qızı hədə-qorxu ilə tələb etmə və qanunsuz materialların yayılması ilə bağlı cinayət əməllərində təqsirli bilinib.

Hadisələrin ilkin mərhələsində əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş həyat yoldaşı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirildi. 

Həmin dövrdə iş adamının adı ictimai müzakirələrdə daha çox neqativ kontekstdə hallandırılır, məsələ sadəcə isə keçmiş ər-arvad arasında yaranmış şəxsi münaqişə kimi təqdim olunurdu.
 

Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun nəzarət şərti ilə məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Sonradan isə o, amnistiya aktına əsasən cəzadan azad edilib, hazırda məhkumluğu yoxdur.


28 aprel 2026-cı il tarixli hökm isə işin başqa tərəfini ön plana çıxarıb. İstintaq materiallarına əsasən, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə edib, həmin materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu yolu ilə külli miqdarda əmlak tələb edib.

İş materiallarında diqqətçəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu, bu epizod üzrə Allahverdiyeva Gülşən Əsgər qızının yaxın qohumu olan və həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində çalışdığı bildirilən Tahirə Əsgərovanın adının keçdiyi qeyd olunur.

Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır.

Təqdim olunan məlumatlarda qeyd edilir ki, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə məxsus pul vəsaitlərini ələ keçirməkdə də ittiham olunub. Həmin məlumatlara görə, bu vəsaitlərin bir hissəsinin sonradan onun qardaşı Elşən Əsgərov Əsgər oğlunun adına şəhərin mərkəzində bahalı mənzilin alınmasına yönəldildiyi bildirilir. Bu epizod işin yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də əmlak maraqları və maddi nəticələr kontekstində araşdırıldığını göstərən əsas detallardan biri kimi təqdim olunur.

Başqa bir mühüm detal isə cinayətdə istifadə olunduğu göstərilən mobil nömrə ilə bağlıdır.

Bildirilir ki, intim xarakterli materialların paylaşıldığı “WhatsApp” qrupunun yaradılması və həmin materialların yayılması Allahverdiyeva Gülşən Əsgər qızının atası Əsgərov Əsgər Mikayıl oğlunun adına olan mobil nömrə üzərindən həyata keçirilib.
 

Təqsirləndirilən şəxs məhkəmədə həmin nömrənin atasına məxsus olduğunu, qrupun onun tərəfindən yaradıldığını və videoların da atası tərəfindən paylaşıldığını bildirib. Lakin məhkəmə bu müdafiə mövqeyini qəbul etməyib. Hökm məhz Allahverdiyeva Gülşən Əsgər qızı barəsində çıxarılıb.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun övadı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb.
 

Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.


Bu hökm yalnız ailə münaqişəsi kimi təqdim olunan hadisənin yekunu deyil. İş materiallarında şəxsi həyatın toxunulmazlığı, hədə-qorxu, əmlak tələbi, reputasiya zərbəsi və üçüncü şəxslərin adına rəsmiləşdirildiyi bildirilən əmlak epizodları kimi bir neçə istiqamət önə çıxır.

Məhkəmə qərarı göstərir ki, şəxsi münasibətlər zəminində başlayan mübahisə hədə-qorxu və maddi tələb mexanizminə çevrildikdə məsələ artıq ailə müstəvisindən çıxaraq cinayət-hüquqi məsuliyyət doğuran hadisə kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

ChatGPT rəhbərliyi: ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

ChatGPT rəhbərliyi: ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO

"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO

“Şamaxı”dan növbəti transfer

“Şamaxı”dan növbəti transfer

ABŞ nazirindən Hörmüzdən keçən gəmilərlə bağlı AÇIQLAMA

ABŞ nazirindən Hörmüzdən keçən gəmilərlə bağlı AÇIQLAMA

Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub QAÇDI

Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub QAÇDI

Türkiyə İrana YENİ SƏFİR təyin etdi

Türkiyə İrana YENİ SƏFİR təyin etdi

AFFA Mahirin millidəki bir gününü paylaşdı – VİDEO

AFFA Mahirin millidəki bir gününü paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO