Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Dəniz mənzərəli mənzillərə yüksək maraq bəzi hallarda alıcılar üçün maliyyə riskinə çevrilir.

Bizim.Media xəbər verir ki, dənizə açılan mənzərəsi olan mənzillər adi mənzillərlə müqayisədə daha baha satılır.

Ancaq sonradan həmin ərazidə yeni bina inşa edilərsə və mənzərə bağlanarsa, mənzilin bazar dəyərində ciddi azalma baş verə bilər.

Bəs vətəndaşlar bu hallarda nəyə diqqət etməlidirlər?

Əmlak eksperti Firdovsi Xəlilov qeyd edib ki, bəzi ərazilərdə belə risk daha çoxdur və bu, həm ərazinin relyefi, həm də tikilən binaların mərtəbə sayı ilə bağlıdır.

"Xüsusilə sahilə yaxın və intensiv tikinti aparılan ərazilərdə dəniz mənzərəsinin gələcəkdə bağlanması riski kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, alıcılar mənzil seçərkən təkcə mövcud mənzərəyə deyil, həmin ərazi üzrə gələcək tikinti planlarına da diqqət yetirməlidirlər".
 

Ekspert bildirib ki, bəzi hallarda vətəndaşlar yüksək məbləğ ödəyərək dəniz mənzərəli ev alırlar, lakin bir neçə il sonra yaxınlıqda inşa olunan hündürmərtəbəli bina həmin görüntünü tamamilə bağlayır və nəticədə mənzilin bazar qiyməti aşağı düşür.


Vəkil Tural Şahbazov isə bildirib ki, məsələ hüquqi baxımdan əsasən müqavilə ilə tənzimlənir.

Onun sözlərinə görə, əgər alqı-satqı sənədində "dəniz mənzərəsi" ayrıca qeyd olunubsa, gələcəkdə həmin üstünlük aradan qalxdıqda alıcı məhkəmə yolu ilə kompensasiya tələb edə bilər.

Mütəxəssislər vətəndaşlara mənzərə üçün əlavə ödəniş etdikləri halda bunun müqavilədə xüsusi bənd kimi göstərilməsini tövsiyə edirlər.(Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

“Sabah” Puxaçla razılığa gəldi

“Sabah” Puxaçla razılığa gəldi

Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Sabiq rektor vəfat etdi – FOTO

Sabiq rektor vəfat etdi – FOTO

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yusif Həsənbəy vəfat etdi

Yusif Həsənbəy vəfat etdi

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

İranda güclü ZƏLZƏLƏ

İranda güclü ZƏLZƏLƏ

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

End of content

No more pages to load

RADİO