Bakı Dövlət Universitetinin III kurs tələbəsi Nərmin Kərimova xəstəxanada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə BDU-nun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, N.Kərimova Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tarix müəllimliyi ixtisası üzrə lll kurs tələbəsi olub.
Xatırladaq ki, mayın 11-də saat 12 radələrində 2005-ci il təvəllüdlü Nərmin Hikmət qızı Kərimova yaşadığı N.Nərimanov küçəsi, ev 7, mənzil 11-in pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.

Bizim.Media