Xəlil Ələkbərovun 75 illik yubileyi: Zəhmət, peşəkarlıq və xidmət yolu

Bu gün ölkəmizin kənd təsərrüfatı sahəsinin inkişafına böyük töhfələr vermiş tanınmış kənd təsərrüfatı işçisi, əsl ziyalı - Xəlil Ələkbərovun 75 yaşı tamam olur.
 
Bizim.Media Xəlil Ələkbərov 40 il (1974–2014) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışmış, ölkəmizdə aqrar məhsullarının emal sənayesinin inkişafına böyük töhfələr verib.
 
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin qurulub yaradılmasında yaxından iştirak edərək, ötən əsrin 70-ci və 80-ci illərində Azərbaycanın Sovetlər Birliyində meyvə-tərəvəz məhsullarının emal sənayesi üzrə aparıcı mövqelərə yüksəlməsində böyük xidmətlər göstərib.
 
Xəlil Ələkbərov Sovet Azərbaycanının Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışdığı dövrdə ölkəmizdə konserv məhsullarının istehsalı müəssisələrinin, şərab istehsalı zavodlarının formalaşmasında, şərabçılıq məhsullarının ixrac qabiliyyətinin artırılmasında mühüm işlər görüb. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu istiqamətdə fədakarcasına çalışmaqda davam edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində ərzaq məhsullarının lisenziyalaşdırılması, keyfiyyət və standartlaşdırma sahələrinə rəhbərlik edib. 
 

Azərbaycanda qida məhsullarının müasir keyfiyyət tələbləri əsasında istehsalı və bitki mühafizəsi üzrə dünyanın qabaqcıl standartlarının ölkəmizə gətirilməsi, yeni keyfiyyət normativlərinin və standartların işlənib-hazırlanması, meyvə-tərəvəz məhsullarının emalı, konservləşdirilməsi və şərabçılıq sahələrində yeni texnologiyaların tətbiqi, şərab istehsalı zavodlarının yenidən qurulmasına müstəsna töhfələr verib.


Azərbaycan müstəqillik qazandıqdan sonra Xəlil Ələkbərov ölkəmizdə fəaliyyəti dayandırılmış saysız-hesabsız istehsal müəssisələrinin, meyvə-tərəvəz istehsal edən konserv zavodlarının yenidən dirçəlməsi, şərabçılıq məhsullarının dünya ölkələrinə ixrac edilməsi məqsədilə müasir keyfiyyət göstəricilərində emal edilərək dünya bazarlarına çıxarılması prosesində dövlət dəstəyi çərçivəsində bir dövlət məmuru olaraq yaxından iştirak etmiş, istehsal müəssisələrində keyfiyyətə nəzarət laboratoriyaların qurulması, ixtisaslı texnoloqların yetişməsində yaxından iştirak edib.

 

Xəlil Ələkbərov 15 may 1951-ci ildə anadan olub, 1969-1974-cü illərdə Azərbaycan  Politexnik İnstitutunun  Texnologiya  fakültəsinin  «Konservləşdirmənin  texnologiyası»  ixtisasında təhsil alıb.  Təyinatla  Xaçmaz rayonunun  Xudat  konserv  zavoduna  işləməyə  göndərilib, 1974-cü ildən  Xudat  konserv  zavodunda  növbə  ustası  kimi  əmək  fəaliyyətinə  başlayıb.


Burada işlədiyi müddətdə  növbə  mühəndisi, növbə  rəisi, direktor müavini, direktor vəzifələrinə qədər yüksəlib.  1980-ci  ildə Xaçmaz rayonu  rəhbərliyinin   təqdimatı  və Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin əmri ilə Xaçmaz  rayon  Aqrar-Sənaye  Birliyində  sənaye  emalı üzrə  rəis vəzifəsinə təyin edilib.

1981-ci ildən 2014-cü ilədək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında və ölkəmizin bir sıra rayonlarında fəaliyyət göstərən konserv zavodlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
 
1980-1990-cu illərdə Nazirliyin rəhbərliyinin göndərişi əsasında Xaçmas, Sabiradab, Navahi, Lənkəran, Ağsu, Saatlı, Göyçay və digər rayonların konserv zavodlarına ezam edilərək, həmin müəssisələrdə istehsalat üzrə direktor vəzifələrini icra edib, Azərbaycanda ərzaq məhsullarının istehsalı və emalı üzrə yeni müəssisələrin, zavodların, istehsal prosesinin müasir texnologiyalar əsasında qurulub-yaradılması, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və bu sahədə ixtisaslı texnoloqların yetişdirilməsi proseslərində bilavasitə iştirak edib.
 

1993-1995-ci  illərdə  Kənd  Təsərrüfatı  Nazirliyi  Aparatının  Emal Sənayesi Baş idarəsində,  1995-1998-ci illərdə  Kənd Təsərrüfatı  Nazirliyi  Aparatının  Məhsulların keyfiyyəti və standartlaşdırma  idarəsində,  1998-2007-ci  illərdə Kənd  Təsərrüfatı  Nazirliyi  Aparatının   Ərzaq məhsullarının  keyfiyyəti,  standartlar  və lisenziya idarələrində rəhbər vəzifələrdə işləyib.


Xəlil Ələkbərov dövlət orqanlarının struktur bölmələrində aparıcı və rəhbər vəzifələrdə çalışdığı müddətdə dövlət qulluğunda xidməti fəaliyyəti ilə fərqləndiyinə və ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafında verdiyi töhfələrə görə Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” Qanuna müvafiq olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müvafiq əmrlərinə əsasən, dövlət qulluğunun kiçik müşaviri, daha sonra isə dövlət qulluğunun böyük müşaviri dərəcələrinə layiq görülüb.
 
O, 2014-cü ildə təqaüdə çıxmasına baxmayaraq, ölkəmizin bir sıra dövlət qurumları tərəfindən dəvətlər alaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi, Azərbaycan  Standartlaşdırma  və  Sertifikatlaşdırma  İnstitutunda məsləhətçi, ekspert-auditor, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi  Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Hüquq və normativ tənzimləmə departamentində şöbə müdiri vəzifələrində işləmiş, uzun illərin təcrübəli kənd təsərrüfatı peşəkarı kimi bu sahələrin inkişaf etdirilməsində öz səylərini əsirgəyib.
 
Xəlil Ələkbərovun ölkəmizdə kənd təsərrüfatının inkişafında çoxillik töhvələrinə, səmərəli əməyinə, fədakar zəhmətinə və misilsiz xidmətlərinə görə təşəkkür edir, onun 75 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona möhkəm can sağlığı, uzun ömür, məhsuldar əməyində yeni-yeni uğurlar arzulayırıq. Doğmalarının əhatəsində, hər zaman hörmət və izzətlə yaşamasını diləyirik.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

End of content

No more pages to load

RADİO