Rekord istilər gözlənilir - Xəbərdarlıq

Dünya üzrə iqlim müşahidəçiləri Sakit okeanda güclənən istiləşmə fonunda daha dağıdıcı “Super El Nino” ehtimalı ilə bağlı xəbərdarlıq ediblər.

Bizim.Media xəbər verir ki, bu proses qlobal hava sistemini ciddi şəkildə dəyişdirə bilər.

Bildirilir ki, okean sularında qeyri-adi istiləşmə atmosferdə böyük enerji axınını gücləndirir və nəticədə dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinə səbəb olur. Bir tərəfdə uzunmüddətli quraqlıq və məhsul itkisi, digər tərəfdə isə güclü yağışlar və daşqınlar riski artır.

Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına əsasən, Şimal yarımkürəsində güclü “El Nino” ehtimalı 70 faizə yaxın qiymətləndirilir. Agentlik xüsusilə Asiya regionunda musson yağışlarının son illərin ən aşağı səviyyəsinə düşə biləcəyini bildirir.

ABŞ-nin iqlim proqnoz mərkəzlərinin qiymətləndirmələrində isə “El Nino” ehtimalı yüksək göstərilsə də, “Super El Nino” kimi ekstremal ssenarinin 20-30 faiz ehtimalla baş verə biləcəyi qeyd olunur.

Xəbərdarlıq edilir ki, cari istiləşmə tendensiyası keçmişdə qeydə alınmış ən ağır iqlim hadisələrinə bənzəyir və növbəti iki il qlobal miqyasda rekord istilər və hava qeyri-sabitliyi ilə keçə bilər.

Qeyd edək ki, “El Nino” ekvator xətti boyunca yerləşən Sakit okeanda müşahidə olunan bir iqlim prosesidir. Bu hadisə zamanı okeanın səthindəki suyun temperaturu normadan yüksək olur və nəticədə Yer kürəsinin müxtəlif bölgələrində hava şəraiti dəyişikliklərə məruz qalır. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağac yola aşdı, hərəkət məhdudlaşdı - VİDEO

Ağac yola aşdı, hərəkət məhdudlaşdı - VİDEO

Çinli əsgərin bu görüntüləri gündəm oldu – VİDEO

Çinli əsgərin bu görüntüləri gündəm oldu – VİDEO

“Sabah”ın legioneri Avropanın məşhur klubunun HƏDƏFİNDƏ

“Sabah”ın legioneri Avropanın məşhur klubunun HƏDƏFİNDƏ

“Yanacağımız tamamilə tükənib”

“Yanacağımız tamamilə tükənib”

Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR

Pensiya ilə bağlı milyonları sevindirən müjdəli XƏBƏR

Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR

Əfsanəvi avtomobil brendi İFLAS ETDİ: 79 illik zavod BAĞLANIR

Trampa qarşı sui-qəsd olarsa... – Vensə yazılan GİZLİ MƏKTUB

Trampa qarşı sui-qəsd olarsa... – Vensə yazılan GİZLİ MƏKTUB

Maaşlarla bağlı ŞAD XƏBƏR – 700 min vətəndaşa şamil oluna bilər – FOTO

Maaşlarla bağlı ŞAD XƏBƏR – 700 min vətəndaşa şamil oluna bilər – FOTO

Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

Azərbaycanda çox evdə olan bu samovar və xalçaları 10 min dollara alırlar— FOTO

Azərbaycanda çox evdə olan bu samovar və xalçaları 10 min dollara alırlar— FOTO

Hörmüz böhranına belə çarə tapdılar

Hörmüz böhranına belə çarə tapdılar

Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 14.00-dək...

Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ Saat 14.00-dək...

Avro və rubl ucuzlaşdı – Dollar isə...

Avro və rubl ucuzlaşdı – Dollar isə...

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

“Ana-atamı yaxşı tanımamışam”

“Ana-atamı yaxşı tanımamışam”

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

End of content

No more pages to load

RADİO