Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Qurban bayramı yaxınlaşdıqca vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də hansı heyvanların qurban kəsilməsinin dini qaydalara uyğun olub-olmamasıdır. Bəzi insanlar qiymətə və ya əlçatanlığa görə seçim etsə də, din xadimləri bildirirlər ki, qurbanlıq heyvanın həm növü, həm yaşı, həm də sağlamlıq vəziyyəti müəyyən şərtlərə cavab verməlidir. Yanlış seçim isə ibadətin düzgün sayılmamasına səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov “demokrat.az”a bildirib ki, Qurban ibadəti İslamda sadəcə heyvan kəsmək demək deyildir:

"Bu ibadətin əsasında insanın Allaha yaxınlaşması, paylaşması, mərhəməti və itaəti dayanır.
 

Qurani Kərimdə buyurulur ki, "Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır” (Həcc surəsi 37). Bu ayə göstərir ki, qurbanın əsas mahiyyəti görüntü, adət və ya sadəcə ət kəsib paylaşmaq və onu bişirib yemək deyil. Burada əsas məsələ ixlas, Allaha qarşı səmimilik, düzgün niyyət və dini qaydalara əməl etməkdir.


Ona görə də qurbanlıq heyvan seçərkən həm şəriət qaydalarına, həm də təmizlik məsələlərinə diqqət etmək vacibdir. İslam qaydalarına görə qurban üçün əsasən qoyun, keçi, inək, camış və dəvə kimi heyvanlar nəzərdə tutulur. Toyuq, qaz, hinduşka və ya digər vəhşi heyvanlardan qurban kəsmək olmaz. Bu məsələ həm Quranda, həm də hədislərdə açıq şəkildə göstərilib.

Məhəmməd peyğəmbər (s.ə.s) və onun səhabələri də əsasən bu heyvanlardan (qoyun, keçi, inək, camış və dəvə) qurban kəsiblər. Heyvanın yaşı da mühüm şərt sayılır. Qoyun və keçinin ən azı bir yaşını tamamlaması, inək və camışın iki yaşına çatması, dəvənin isə beş yaşını keçməsi lazımdır.

Böyük İslam alimləri, o cümlədən İmam Nəvəvi, İbn Qudamə və İmam Əbu Hənifə bu məsələdə hədislərə əsaslanaraq eyni mövqeni bildiriblər. Peyğəmbərimiz (s.ə.s) buyururdu ki, qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Kor, bir gözü çıxmış, çox arıq, yeriyə bilməyəcək qədər xəstə, qulağının və ya quyruğunun böyük hissəsi kəsilmiş heyvanların qurban kəsilməsi düzgün hesab olunmur. Bu barədə səhih hədislər Buxari, Müslim, Sünən Əbu Davud və Sünən Tirmizi kimi hədis kitablarında qeyd olunub”.

O qeyd edib ki, bu məsələnin həm dini, həm də tibbi tərəfi var:

"Çünki xəstə heyvanın əti insan sağlamlığı üçün də təhlükə yarada bilər. Müasir baytarlıq elmi göstərir ki, bəzi yoluxucu xəstəliklər heyvandan insana keçə bilir. Ona görə qurbanlıq heyvanın baytarlıq yoxlamasından keçməsi, sağlam olması və gigiyenik şəraitdə saxlanılması vacib şərtdir. Vətəndaşlar çalışmalıdırlar ki, xəstə olan, bilmədikləri, tanımadıqları, qeyri sağlam heyvanlar kəsməkdən uzaq qalsınlar. Xüsusilə küçələrdə və antisanitar şəraitdə heyvan kəsilməsindən uzaq durmalıdırlar.

Bu həm dinin təmizlik prinsipinə, həm də ictimai sağlamlıq qaydalarına uyğun deyil. İslam təmizliyə böyük əhəmiyyət verir. Bir hədisdə buyurulur ki, "Təmizlik imanın yarısıdır” Səhih Müslim.

Qurbanlıq heyvana əziyyət vermək də dinə ziddir. İslam heyvana qarşı mərhəməti vacib sayır. Peyğəmbərimiz (s.ə.s) buyurub ki, heyvan kəsərkən ona əziyyət verməyin, bıçağı itiləyin və heyvanı rahat edin. Bu gün dünyanın bir çox ölkəsində tətbiq olunan humanist heyvan kəsimi prinsipləri də əslində İslamın əsrlər əvvəl qoyduğu mərhəmət qaydalarına yaxındır. Bəzən insanlar ucuz olduğu üçün çox zəif, xəstə və ya dini şərtlərə uyğun olmayan heyvan almağa çalışırlar.
 

Halbuki qurban ibadətində əsas məsələ qiymət deyil, qəbul olunacaq ibadətdir. İnsan çalışmalıdır ki, imkanı daxilində sağlam və şəriətə uyğun heyvan seçsin. Əgər pulun çatmırsa, imkanın yoxdursa ucuzdur deyə xəstə və zəif heyvanı alıb kəsmək düzgün yanaşma deyil.


Qurban bayramı insanlara həm paylaşmağı, həm də sosial həmrəyliyi öyrədən ibadətdir. Burada məqsəd təkcə ət paylamaq deyil, insanın mənəvi dünyasını saflaşdırması, yoxsulu düşünməsi və Allaha yaxınlaşmasıdır. Ona görə qurban ibadətinə sadəcə ənənə kimi yox, məsuliyyətli və şüurlu ibadət kimi yanaşmaq lazımdır. Allah kəsilən qurbanaları qəbul eləsin amin!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

End of content

No more pages to load

RADİO