DİN yanında İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib – FOTO

12 may 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın təşəbbüsü ilə Nazirliklə birgə "Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Prezidenti tərəfindən cari ilin "Şəhərsalma və Memarlıq İli” elan olunması və 17–22 may tarixlərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) kontekstində təşkil edilib.
 

İctimai müzakirə ölkəmizin şəhər təhlükəsizliyi sahəsində yanaşmalarının təqdim edilməsi, urbanizasiya, nəqliyyat yüklənməsi, texnoloji inkişaf, ekoloji risklər və fövqəladə hallara hazırlıq kimi faktorlar fonunda şəhər təhlükəsizliyinə kompleks yanaşmanın formalaşdırılması, dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunub.


DİN-in "Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində baş tutan müzakirələrdə müvafiq dövlət qurumlarının nümayəndələri, DİN yanında İctimai Şura üzvləri, QHT sektorunun və akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbirə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı nümayəndələri, ictimai şura sədrləri və vətəndaş cəmiyyəti təşkilatları qatılıblar.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək şəhər mühitində təhlükəsizliyə kompleks yanaşmanın formalaşdırılması və dövlət-ictimaiyyət koordinasiyasının gücləndirilməsi məsələlərinə toxunublar. Xüsusilə urbanizasiya, nəqliyyat yüklənməsi və texnoloji inkişaf fonunda yaranan risklərin qarşısının alınması diqqət mərkəzində olub.
 

Əliməmməd Nuriyev qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər təhlükəsizliyi sahəsindəki yanaşmalarını dünyaya təqdim etmək, həmçinin urbanizasiya və ekoloji risklər fonunda dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək üçün strateji platformadır.


Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunda (WUF13) QHT-lərin fəal iştirakının milli təcrübəmizin beynəlxalq platformada təqdim edilməsi baxımından vacib olduğunu vurğulayıb. O bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələri Forum müddətində ictimai iştirakçılıq, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal şəbəkələşmə imkanı qazanaraq milli maraqlarımızı təmsil edəcəklər. İlk dəfə olaraq WUF13 çərçivəsində QHT Forumu keçiriləcək. Həmçinin, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış Qlobal Cənub QHT Forumu və QHT Agentliyinin pavilyonu QHT-lərin istifadəsinə veriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov şəhərsalmada müasir Azərbaycan təcrübəsi, baş planların hazırlanması, müasir şəhərsalma standartları ilə ictimai təhlükəsizliyin kəsişmə nöqtələrindən bəhs edib. O qeyd edib ki, forumun ölkəmizdə keçirilməsi müasir şəhərsalma standartlarının tətbiqi və təhlükəsiz şəhər mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin ölkəmizə transferi baxımından müstəsna əhəmiyyətə malikdir.

DİN yanında İctimai Şuranın üzvü, Polis Akademiyasının müəllimi, polis polkovniki Vaqif Abışov "reaktiv” modeldən "proaktiv” polis modelinə keçid, CPTED (Dizayn vasitəsilə cinayətkarlığın qarşısının alınması) metodunun tətbiqi və "Təhlükəsiz şəhər” sistemində süni intellektin rolu barədə ətraflı məlumat verib.

O, həmçinin vətəndaşların təhlükəsizliyin təmin olunmasında aktiv iştirakının vacibliyini vurğulayıb.
 

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli "Müasir, dayanıqlı və təhlükəsiz şəhərsalmada ictimai iştirakçılıq” mövzusunda təqdimatla çıxış edib. O, şəhərsalma sahəsində ictimai iştirakçılıq mexanizmləri, hüquqi imkanlar, Azərbaycan və beynəlxalq təcrübə barədə danışıb. Həmçinin, dayanıqlı və təhlükəsiz şəhərsalma prosesində vətəndaş cəmiyyətinin aktiv rolunu və ictimai nəzarət mexanizmlərini təhlil edib. Zaur İbrahimli qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) dayanıqlı və təhlükəsiz şəhərsalmada ictimai iştirakçılığın artırılması və yerli vətəndaş cəmiyyəti institutlarının qlobal urbanizasiya proseslərinə inteqrasiyası üçün əvəzolunmaz fürsətdir.


Məruzələrdən sonra keçirilən sual-cavab və müzakirə sessiyasında iştirakçılar şəhər infrastrukturunun təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində öz təkliflərini səsləndiriblər.

Əliməmməd Nuriyev bildirib ki, müasir şəhərsalma dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsini tələb edən sosial məsələdir. Şəhər mühitində dayanıqlı təhlükəsizliyin təmin edilməsi vətəndaş cəmiyyətinin, akademik dairələrin və ictimai institutların aktiv iştirakı olmadan mümkün deyil. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ölkəmizin bu sahədəki milli yanaşmalarını təqdim etmək və beynəlxalq standartları yerli mühitə uyğunlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. "Şəhərsalma və Memarlıq İli” çərçivəsində atılan addımlar şəhər sakinlərinin həyat keyfiyyətinin artırılmasına və daha təhlükəsiz, inklüziv şəhər ekosisteminin formalaşdırılmasına xidmət edir.

DİN yanında İctimai Şura səsləndirilən təklifləri ümumiləşdirərək müvafiq dövlət orqanlarına təqdim edəcək, həmçinin şəhərsalma məsələlərində ictimaiyyətin fəal iştirakını və ictimai dialoqu təşviq edəcək.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

End of content

No more pages to load

RADİO