"WUF13 tədbirin məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.
O bildirib ki, foruma, ümumilikdə, 32 mindən çox iştirakçının qatılması gözlənilir:
"Jurnalistlərin sayı isə 1200-dən çoxdur". (Apa.az)
Bizim.Media