Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2026-cı ildə sertifikasiya prosesi 17-25 iyun tarixində keçiriləcək. Bununla da ümumi sertifikatlaşdırmaya cəlb edilən müəllimlırin sayı 100 mini ötəcək.
 

Bu il ilk dəfə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar. Bu fənlər istisna olmaqla digər fənn müəllimləri artıq sertifikasiya prosesində iştirak etdikləri üçün proses barədə məlumatlıdırlar.


Bizim.Media xəbər verir ki, AzEdu.az “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsaslanaraq, sertifikatlaşdırma prosesi ilə bağlı bir sıra suallara və mühüm mərhələlərə aydınlıq gətirib.

Şəxsi kabinet necə aktivləşdirilir?

Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” yaradılır və giriş şifrəsi onların mobil telefonuna və ya elektron poçtuna göndərilir.

İmtahanın vaxtı və yeri nə vaxt əvvəlcədən bildirilir?

İmtahanın vaxtı, yeri və yaddaş kitabçası təhsilverənlərə məhz “Şəxsi kabinet” vasitəsilə təqdim olunur. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə bildiriş təhsilverənin “Şəxsi kabinet”inə göndərilir.

Xüsusi kateqoriyaya aid müəllimlər məlumatı necə əldə edir?

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə məlumatlar təhsil müəssisələri tərəfindən birbaşa və şəxsi qaydada təqdim olunur.

İmtahan zamanı hansı qaydalar pozula bilməz?

Təhsilverənlər sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra buraxılır. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlər və icazə verilməyən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir.
Əgər təhsilverən qaydaları pozarsa, akt tərtib edilir və o, imtahandan kənarlaşdırılır.

Eyni zamanda tələblərin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.

Sertifikasiya imtahanında qiymətləndirmə necə aparılır?

Sertifikasiya iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
 

Test mərhələsinin nəticələri avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə hesablanır və imtahan başa çatdıqdan dərhal sonra təhsilverənə elan edilir. Test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid ümumilikdə 60 sual təqdim olunur.


Sertifikatlaşdırmanın test mərhələsində 60 baldan azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsi maksimum 40 balla qiymətləndirilir və 20 bal toplayan təhsilverənlər həmin mərhələni keçmiş hesab olunurlar.

Qeyd edək ki, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya uğur qazana bilməyən müəllimlərə 1 il ərzində iş yeri saxlanılmaqla təkrar iştirak hüququ verilir.

Təkrar sertifikatlaşdırmada da keçid balını toplamayan müəllimlər sertifikasiyadan keçməmiş hesab olunur və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Reyn çayı göz önündə dayazlaşır

Reyn çayı göz önündə dayazlaşır

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək

Azərbaycanda neft-qaz sektoruna investisiyalar 33 faizdən çox artıb

Azərbaycanda neft-qaz sektoruna investisiyalar 33 faizdən çox artıb

Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi

Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi

Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

“Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

“Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

Abşeronda 33 yaşlı kişi kürəyindən bıçaqlandı

Abşeronda 33 yaşlı kişi kürəyindən bıçaqlandı

Messi atasının ölümündən sonra karyerasını davam etdirəcəkmi? - ÖZÜNDƏN AÇIQLAMA

Messi atasının ölümündən sonra karyerasını davam etdirəcəkmi? - ÖZÜNDƏN AÇIQLAMA

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Qəzada həlak olan AAYDA əməkdaşının FOTOSU

Qəzada həlak olan AAYDA əməkdaşının FOTOSU

Orteqanı çəki itirməsinə görə Ariana Qrande ilə müqayisə edirlər

Orteqanı çəki itirməsinə görə Ariana Qrande ilə müqayisə edirlər

Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab oldu - 24 saatdan çox gecikir

Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab oldu - 24 saatdan çox gecikir

Siyəzən rayonunda kişi kafedə vəfat etdi

Siyəzən rayonunda kişi kafedə vəfat etdi

Ukraynanın ABŞ-dakı keçmiş səfiri girovu ödəməyib - HƏBS OLUNACAQ?

Ukraynanın ABŞ-dakı keçmiş səfiri girovu ödəməyib - HƏBS OLUNACAQ?

90 yaşlı Culi Endryus rəsmi olaraq bu filmdə çəkilməkdən imtina etdi

90 yaşlı Culi Endryus rəsmi olaraq bu filmdə çəkilməkdən imtina etdi

Conson Ukrayna-Rusiya sülh danışıqlarını pozmaqda ittiham olunmasını rədd etdi

Conson Ukrayna-Rusiya sülh danışıqlarını pozmaqda ittiham olunmasını rədd etdi

Yevlaxda "Mercedes" və "Naz Lifan" toqquşdu: 2 ölü, 2 yaralı var

Yevlaxda "Mercedes" və "Naz Lifan" toqquşdu: 2 ölü, 2 yaralı var

Tramp: “İran artıq Yaxın Şərqin xuliqanı deyil” - FOTO

Tramp: “İran artıq Yaxın Şərqin xuliqanı deyil” - FOTO

End of content

No more pages to load

RADİO