Bu gün saat 09:15-də Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yayıb.
Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
"ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır", - məlumatda vurğulanıb. (Oxu.az)
Bizim.Media