Məşhur türkiyəli müğənni Petek Dinçöz son görünüşü ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi yeni layihəsinə qədər imicini dəyişdirib.
O, saçlarını uzadıb və bal sarısı tonlarını seçib. Uzun illərdən sonra yenidən uzun sarı saçları seçən müğənninin yeni görünüşü illər əvvəlki stilinə bənzədiyi üçün diqqət çəkib.
Dinçözün yeni imici xüsusilə 2000-ci illərdəki görünüşünü xatırladıb.
Bizim.Media