Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.
 

O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixindəki vacib rolundan bəhs edib. İ.İsmayılov reqatanın Mingəçevir və digər bölgələrdə avarçəkmənin inkişafına təkan verdiyini diqqətə çatdırıb.


Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov artıq ənənəvi hal alan yarışın coğrafiyasının ildən-ilə daha da genişləndiyini bildirib, reqatanın ötən gün ilk dəfə Ağdərədə Sərsəng su anbarında start götürməsinin tarixi hadisə olduğunu vurğulayıb.

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bu cür yarışların gənclər arasında idmana marağı artırdığını, yeni istedadların üzə çıxmasında vacib rol oynadığını qeyd edib.

O, hər il olduğu kimi, bu dəfə də reqatanın maraqlı mübarizə vəd etdiyini söyləyib.
 

Daha sonra Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib. Bununla da, tədbirin rəsmi hissəsi başa çatıb. Mərasim bədii hissə ilə davam edir.


Qeyd edək ki, Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançının mübarizə aparacağı "Prezident Kuboku"nda yarışlara aprelin 29-da Suqovuşanda start veriləcək. Yarışın son 2 mərhələsi isə Mingəçevirdə olacaq. Reqataya mayın 1-də yekun vurulacaq.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir

Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

Tom Kruzun “Digger” filmi gözlənilməz uğursuzluğa düçar oldu – FOTO

Tom Kruzun “Digger” filmi gözlənilməz uğursuzluğa düçar oldu – FOTO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Qubada 60 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Qubada 60 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı bu tarixdə keçiriləcək

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı bu tarixdə keçiriləcək

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

End of content

No more pages to load

RADİO