Müəllimləri əvəzləyən platforma yaradıldı – Repetitorların “bazarı” bağlanır?

Repetitor hazırlıqları artıq bir neçə onillikdir ki, mövcuddur: tədris sistemi, məktəb  strukturu, maaş ödənişi dəyişdi, amma repetitorluq daha dirəncli çıxdı. Günümüzdə isə süni intellektin demək olar ki, bütün ixtisas sahələrini üstələməsi ilə yavaş-yavaş peşələr öz yerlərini texnologiyanın bu son kəşfinə verməli olurlar. Son zamanlarda “qara bulud” repetitorluğun başının üstünü alıb.

Bu günlərdə yeni süni repetitor platforması təqdim olundu. Süni repetitor istifadəçini test edir, sonra onun bilik səviyyəsini uyğun tədris planı hazırlayır. Şagird çətinlik çəkərsə “müəllim”dən yardım ala, sual verə bilər. Bu cür platformalardan sonra istər-istəməz sual yaranır:

Artıq canlı repetitorlar estafeti əldən verir?

Təhsil üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya bildirib ki, süni intellekt bir çox sahələrdə faydalı olsa da, hələ də həm dünyada, həm Azərbaycanda insanların verdiyi töhfəni əvəzləyə bilmir.

“Sənayedə tətbiqi fayda verir, amma elmi sahələrdə istifadəsi arzuolunan nəticələrə gətirib çıxara bilmədi. Artıq alimlərin əksəriyyəti tərəfindən qəbul olunmur. “Robot repetitor” praktik olaraq Azərbaycan mühiti üçün mümkün deyil. Müəyyən qədər istifadə oluna bilər, amma canlı repetitoru tarixə qovuşdura bilməyəcək. Repetitorluğun tarixə qovuşması üçün bir mexanizm, bir cəhd lazımdır ki, o da Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisəsinə qəbulun sadələşdirməsindən keçir. Yəni, süni intellektin elmə bu qədər tətbiqi, elə də ürəkaçan nəticə verməyəcək”.

Mütəxəssis vurğulayıb ki, süni intellekt daha çox yeniyetmələr, gənclər arasında üstünlük verilir. Təəssüf ki, bu da kütləvi tənbəllik və savadsızlığa gətirib çıxarır.

“İndi şagirdlərin daha çox istifadə elədiyi ChatGPT imkanları uşaqlarımızın həm savadsızlığa, həm robotlaşmaya, həm də düşünməkdən uzaqlaşdırmağa hesablanıb. Təsəvvür eləyin, 5-10 il sonra yaxşı düşünən, beyin işlədən peşəkarlar qalmayacaq”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Şəmkirdə tövlədən meyit tapıldı

Şəmkirdə tövlədən meyit tapıldı

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

End of content

No more pages to load

RADİO