Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Son zamanlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) ardıcıl kadr dəyişiklikləri və kütləvi ixtisarların olması ilə bağlı iddialar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, qısa müddətdə xeyli sayda peşəkar və ixtisaslı əməkdaşların, departament rəhbərlərinin qurumdan uzaqlaşdığı müşahidə olunur.

Bəzilərinin isə ərizələrinin alındığı bildirilir:

“Bu gün öyrəndim ki, nəinki ölkədə, hətta qlobal səviyyədə tanınmış peşəkarlardan biri olan, İRİA-da Data İdarəetməsi departamentinin rəhbəri Kamran Ağayev də qurumdakı vəzifəsindən istefa verib. Düzü, anlamaq olmur ki, İRİA-da nələr baş verir.

Bir neçə gün öncə isə bu qurumun HR departamentinə yeni rəhbərin təyin olunduğu bildirilirdi. Maraqlıdır ki, bir müddət öncə müavin vəzifəsini tutan Rəşad Xalıqov da buradakı işindən ayrılıb.

Əgər qurumda davamlı olaraq komanda dağılır, peşəkarlar ayrılır, amma paralel olaraq ölçülə bilən nəticələr görünmürsə, demək ki, nələrsə düz getmir. Bu artıq təkcə kadr məsələsi deyil - strateji fokus, idarəetmə modeli və prioritetlər məsələsidir.

İRİA ölkənin innovasiya siyasətində əsas qurumlardan biri olmalıdır. Ona görə də burada baş verənlər təkcə bir idarədaxili proses deyil, bütövlükdə ölkənin gələcək texnoloji inkişaf tempinə təsir edən məsələdir”.

Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindan “qafqazinfo.az”ın sorğusuna cavab olaraq Kamran Ağayevin işdən çıxdığı təsdiqlənsə də, kütləvi ixtisarların olmadığı bildirilib:

“İRİA-da hazırda hər hansı kütləvi ixtisar prosesi həyata keçirilmir və mənfi məzmunlu struktur dəyişiklikləri baş vermir. Bunun əksinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Agentliyin institusional potensialının gücləndirilməsi, o cümlədən peşəkar və ixtisaslı kadrların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda qeyd etmək istərdik ki, İRİA-da kadr siyasəti daim peşəkarlıq, effektivlik və layihələrin prioritetliyinə uyğun şəkildə həyata keçirilir və proseslərə daim həssaslıqla yanaşılır.
Kamran Ağayevlə bağlı məsələyə gəldikdə isə bildiririk ki, o, Agentlikdə fəaliyyət göstərdiyi müddət ərzində data idarəetməsi və süni intellekt sahələrində bir sıra mühüm təşəbbüslərin reallaşdırılmasına dəyərli töhfələr verib.

Kamran Ağayev Agentlikdə əlavə iş yeri olaraq fəaliyyət göstərib və öz şəxsi qərarı əsasında Agentlikdən ayrılıb. Gələcəkdə Kamran Ağayev və İRİA arasında müxtəlif layihə və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanlarının davam etdirilməsi istisna olunmur”.

Qeyd edək ki, K.Ağayev 2023-cü ilin iyununda İRİA-da Data İdarəetməsi departamentinin direktoru təyin olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir

Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

Tom Kruzun “Digger” filmi gözlənilməz uğursuzluğa düçar oldu – FOTO

Tom Kruzun “Digger” filmi gözlənilməz uğursuzluğa düçar oldu – FOTO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Qubada 60 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Qubada 60 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı bu tarixdə keçiriləcək

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı bu tarixdə keçiriləcək

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

End of content

No more pages to load

RADİO