Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Artıq 2 ildir ki, ölkəmizdə avtomobillərin utilizasiyası həyata keçirilir. Bu layihənin hədəfi həm istismar müddəti bitmiş, ekoloji cəhətdən ziyanla işləyən avtomobilləri dövriyyədən çıxartmaq, həm də vətəndaşları köhnə avtomobilllərdən imtina edərək yenisini almağa təşviq etməkdir.

Bəs proses necə gedir?

Məsələ ilə bağlı “Təmiz Şəhər” ASC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə “Təmiz Şəhər” ASC tərəfindən 4 utilizator qeydiyyata alınıb:

“Nəqliyyat vasitələrinin utilizasiyası Bakıda, Gəncədə, Sumqayıtda və Abşeron ərazisində yerləşən utilizasiya məntəqələrində həyata keçirilir.


Ötən müddət ərzində ölkə üzrə ümumilikdə 26514 nəqliyyat vasitəsi utilizasiya məntəqələrinə təhvil verilib və bu rəqəm hər gün artmaqdadır. Proqram çərçivəsində 1464 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib və 1 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib”.

Bəs köhnə avtomobil sahiblərini bu prosesə daha fəal qoşulması üçün hansı tədbirlər həyata keçirilir?

Qurumdan bildirilib ki, “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə 2024-cü ilin ilin oktyabr ayından ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanıb. Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi dövlət tərəfindən müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilir. Proses tamamlandıqdan sonra nəqliyyat vasitəsinin sahibinə müvafiq təsdiqedici sənəd təqdim olunur.

Utilizasiya edilən nəqliyyat vasitəsinin sahibi həmin sənəd əsasında iki seçimdən birini edə bilər:

“Birdəfəlik pul ödənişi almaq və ya yerli istehsal olan yeni nəqliyyat vasitəsinin alınması zamanı güzəştdən yararlanmaq. Birdəfəlik ödəniş seçildiyi halda, təsdiqedici sənəddə göstərilən məbləğin 70 faizi həcmində vəsait 30 iş günü ərzində vətəndaşın bank hesabına köçürülür.

Alternativ olaraq, təsdiqedici sənəddən yerli istehsal yeni nəqliyyat vasitəsinin alınmasında güzəşt kimi istifadə etmək mümkündür. Bu məqsədlə vətəndaş satışı həyata keçirən rəsmi şirkətlər tərəfindən nvu.gov.az portalında yerləşdirilmiş siyahıdan yerli istehsal yeni nəqliyyat vasitələrindən birini seçərək müraciət edə bilər.


Qeyd edək ki, bir neçə təsdiqedici sənədə sahib olan istənilən şəxs həmin sənədlər əsasında güzəşt məbləğlərini cəmləyərək nəqliyyat vasitəsinin dəyərinin bir hissəsinin və ya tam ödənilməsi üçün də istifadə edə bilər. Bu prosesdə heç bir məhdudiyyət tətbiq edilmir.

Utilizasiya proqramı vətəndaşlara daha çevik seçim imkanı yaradır və ekoloji cəhətdən köhnə, yollarda təhlükəslik qaydalarına cavab verməyən nəqliyyat vasitələrinin yenilənməsini və yerli istehsalı təşviq edir”.

Nə qədər ödəniş edilir?

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, utilizasiyaya avtomobil təhvil verən vətəndaşların yeni avtomobil alması üçün unikal imkanlar yaradılıb.

Belə ki, bir vətəndaş oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunan, eləcə də  icazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə edilən bir neçə avtomobili utilizasiyaya təhvil verərsə, hər avtomobilə görə 1500 manat güzəşt əldə edə bilir. Təbii ki, avtomobilin həcmi və çəkisi artdıqca güzəştli vəsaitin miqdarı da artır. Beləcə utilizasiya prosesinə qoşulan vətəndaş asanlıqla xeyli ucuz qiymətə yerli istehsal olan yeni avtomobil ala bilir.

Bu marağı nəzərə alaraq utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləğini təqdim edirik:

Birdəfəlik ödənişin məbləği yuxarıdakı cədvəldə göstərilən müvafiq güzəşt məbləğlərinin 70%-i həcmində müəyyən edilir.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir

Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

Tom Kruzun “Digger” filmi gözlənilməz uğursuzluğa düçar oldu – FOTO

Tom Kruzun “Digger” filmi gözlənilməz uğursuzluğa düçar oldu – FOTO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Qubada 60 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Qubada 60 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı bu tarixdə keçiriləcək

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı bu tarixdə keçiriləcək

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

End of content

No more pages to load

RADİO