Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.
Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Abdullayev Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib.
O, yanğının universitet binasının arxa həyətində baş verdiyini bildirib:
"Yanğın yanğınsöndürmə briqadaları tərəfindən tamamilə nəzarətə götürülüb və söndürülüb. Ərazidə briqadalar işləyir, yanğının yaxınlıqdakı binalara keçməməsi üçün tədbirlər görülür. Hadisənin səbəbi hələki bəlli deyil".
Universitet rəsmisi onu da əlavə edib ki, yanğın zamanı xəsarət alan olmayıb və universitetin binasına ziyan dəyməyib:
"Sadəcə qabaqlayıcı tədbir olaraq yaxın binalardakı əməkdaşlar və tələbələr təxliyə olunublar".
Nəzrin Mirzəyeva, Bizim.Media