Kişilər saxta gözəllərə aşiq olur - Süni intellekt bunu da BACARDI

Sosial şəbəkələrdə “ideal” qadın obrazları minlərlə şərh toplayır. Lakin getdikcə daha çox məlum olur ki, bu profillərin arxasında real insan dayanmır.

Bizim.Media xəbər verir ki, buna ən diqqətçəkən nümunələrdən biri populyar MAGA influenseri Emili Hartdır.

O, vətənpərvər və açıq-saçıq fotoları ilə milyonlarla izləyici toplamışdı. Daha sonra isə məlum olub ki, Emili Hartın obrazı süni intellekt alqoritmi ilə yaradılıb və Hindistandan olan bir şəxs tərəfindən idarə edilib.

“Wired” nəşrinin məlumatına görə, bu layihə yaradıcısına gəlir də gətirib. Hətta həmin şəxsin tibb universitetində təhsil haqqının bir hissəsi bu gəlirlə ödənilib.

Lakin Emili Hart belə nümunələrdən yalnız biridir.

“Nəbzi olmayan gözəllər” sosial şəbəkələri ələ keçirir

Bu gün sosial şəbəkələrdə tamamilə və ya qismən süni intellektlə yaradılan influenserlərin sayı sürətlə artır. Onların bir qismi hətta süni mənşəyini gizlətmir.

Belə səhifələrdən biri Ana Zeludur. O, “ideal” görünüşlü və dəbdəbəli həyat tərzi nümayiş etdirən qarasaçlı virtual obrazdır.

Onun səhifəsində “US Open” və “Australian Open” kortları, Avropa saraylarında qəhvə, Bruklin körpüsündə gəzintilər və dizayner geyimlərində fotosessiyalar yer alır.

Profil məlumatında açıq şəkildə “süni intellekt influenseri” yazılıb.

Amma bu da izləyicilərin ona real insan kimi reaksiya verməsinə mane olmur. Hesabın 300 mindən çox izləyicisi var və paylaşımların altı heyranlıq dolu şərhlərlə doludur.

“Bu, bir nömrədir, qoy daxili gözəlliyinə xeyir-dua verilsin”, - deyə istifadəçilərdən biri yazıb.

Digəri isə belə şərh yazıb: “Sən öz sinfindəsən, heç kimlə müqayisə olunmazsan”.

Saxta obraz real emosiyalar yaradır

Başqa bir nümunə isə təxminən 600 min izləyicisi olan “virtual pop ulduzu” Mila Sofiyadır.

O, mahnı oxuduğu, rəqs etdiyi və dəbdəbəli obrazlarda poza verdiyi videolar paylaşır. Halbuki bu hərəkətlərin heç biri real insana aid deyil.

Onun paylaşımlarının altında sevgi etirafına bənzər şərhlər yazılır:

“Mən səni sevirəm”, “Sən mələk kimisən”, “Mənim şirin sevgilim”.

Manhettenli psixoterapevt Conatan Alpertin sözlərinə görə, problem ondadır ki, istifadəçilərin emosional reaksiya verməsi üçün qarşılarında real insanın olub-olmadığını bilmələri vacib deyil.

“İnsanlara nəyinsə real olması lazım deyil. Onlara bunun cavab verən, diqqət göstərən bir şey kimi görünməsi lazımdır. Əgər hesab insanı cəlb edir və sanki onu “başa düşürsə”, beyin bunu mənalı əlaqə kimi qəbul etməyə başlayır”, - deyə o bildirib.

“Tənhalıq pandemiyası”
 

Ekspertlər baş verənləri daha dərin problemin — kütləvi tənhalığın əlaməti adlandırırlar.
Məhkəmə psixoloqu Kerol Libermanın sözlərinə görə, istifadəçilər getdikcə daha çox süni obrazlara bağlanırlar. Çünki bu obrazlar real münasibətlərdən daha sadə və daha təhlükəsiz görünür.


“İnsanlar bunun real şəxs olmadığını anlasa belə, ünsiyyəti davam etdirirlər. Çünki bu, heç nədən yaxşıdır”, - deyə o bildirib.

Nəticədə Libermanın “sosial insanlıq itkisi” adlandırdığı vəziyyət yaranır.

Bu niyə təhlükəlidir?

Problem ondadır ki, süni intellektlə yaradılan məzmun getdikcə daha çox real insan kimi təqdim olunur. Onu ayırd etmək isə demək olar ki, mümkünsüzləşir.

Rəqəmsal təhlükəsizlik üzrə ekspert, doktor Hani Fərid bildirir ki, belə hesabların əksəriyyəti süni mənşəyini açıqlamır. Müasir görüntü və videolar isə artıq elə səviyyəyə çatıb ki, adi istifadəçi real insanla süni obrazı etibarlı şəkildə fərqləndirə bilmir.

“Şəkillər, səs və videolar artıq “qorxunc vadi” mərhələsini keçib. Orta istifadəçi qarşısındakının real insan, yoxsa süni intellekt olduğunu etibarlı şəkildə müəyyən edə bilmir”, - deyə ekspert vurğulayıb.

Yeni populyarlıq növü

Bu fonda tamamilə süni şəkildə yaradılan influenserlərin milyonlarla baxış topladığı və canlı insan illüziyası yaratdığı hallar artır.

Bu obrazlar arasında siyasi profillər də var, dəbdəbəli həyat tərzi nümayiş etdirən virtual modellər də.

Daha əvvəl siyasi şəxslərlə və hərbi geyimdə fotolar paylaşan başqa bir “influenser” hesabı da ifşa olunmuşdu. Sonradan məlum olmuşdu ki, həmin obraz da süni intellekt məhsuludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

Yük maşınının arxasında ilişib qalan sürücülər - Bu halda ötmək olar

Yük maşınının arxasında ilişib qalan sürücülər - Bu halda ötmək olar

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

End of content

No more pages to load

RADİO