Rusiyanın Kamçatka vilayətində göyərtəsində 3 ekipaj üzvünün olduğu helikopter sərt eniş edib.
Bizim.Media xəbər verir ki, helikopter yan üstə düşüb, pərləri zədələnib.
Ekipaj komandiri enişdən sonra əlaqə saxlayaraq insanların həyat və sağlamlığı üçün təhlükə olmadığını bildirib.
Hadisənin səbəbləri araşdırılır. Xilasetmə qüvvələri hadisə yerinə göndərilib.
Bizim.Media