Oğlunu qətlə yetirən ata: “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayonunda oğlunu öldürməkdə ittiham olunan atanın – İlqar İlyasovun cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, hadisə 15 noyabr 2025-ci il tarixdə, saat 21 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, İlqar İlyasov 37 yaşlı oğlu, zərərçəkmiş Rəşad İlyasovun mütəmadi olaraq spirtli içki qəbul etməsi və evdə narazılıqlar yaratması səbəbindən artıq gərginləşmiş ailədaxili münasibətlər fonunda onunla növbəti dəfə mübahisə edib.
 

İstintaq materiallarına əsasən, hadisə günü sərxoş vəziyyətdə evə qayıdan Rəşad atasına səhər saatlarında tanımadığı şəxsin avtomobilinə əl etməsi, eləcə də işlədiyi halda qazanc əldə edə bilməməsi ilə bağlı iradlar bildirib. Bu iradlar tərəflər arasında mübahisəni daha da dərinləşdirib. Təqsirləndirilən şəxs isə bunu özünə qarşı növbəti hörmətsizlik kimi qəbul edərək hiddətlənib.


Mübahisənin gedişində İlqar İlyasov oğlunun davranışlarına son qoymaq məqsədilə onu öldürmək qərarına gəlib. O, əyləşdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Rəşad İlyasova bir dəfə zərbə endirib. Zərbə nəticəsində zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthindən daxilə keçən, sol ağciyəri zədələyən və kəskin qan itirməyə səbəb olan ağır xəsarət alıb. Nəticədə o, hadisə yerində həyatını itirib.

Məhkəmə istintaqı zamanı İlqar İlyasov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə axşam saatlarında baş verib. Hadisə günü işdən qayıtdıqdan sonra əvvəlcə qonşuda yemək yeyib, daha sonra evdə də yemək süfrəsi arxasında oturub. Həmin vaxt oğlu evə gələrək ondan müxtəlif suallar soruşub və aralarında mübahisə yaranıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, yemək zamanı az miqdarda spirtli içki qəbul edib. Oğlu isə ondan qazancı ilə bağlı suallar verərək mübahisəni daha da alovlandırıb.

Ata oğlunu öldürmək niyyətinin olmadığını, sadəcə qorxutmaq istədiyini deyib. Bildirib ki, əvvəllər aralarında ciddi münaqişələr olmayıb və Rəşad heç vaxt ona əl qaldırmayıb, yalnız bir dəfə mübahisə zamanı əşya sındırıb. İlqar İlyasov törətdiyi əməldən peşman olduğunu qeyd edib.

Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İlqar İlyasovun həyat yoldaşı isə hadisənin birbaşa şahidi olmadığını söyləyib.

Onun sözlərinə görə, ailədə müəyyən gərginliklər mövcud olub və həm əri, həm də oğlu spirtli içki qəbul ediblər. Qadın təqsirləndirilən şəxsin oğlunu qəsdən öldürmədiyini düşündüyünü, onların bir-birlərini çox istədiyini qeyd edib. Həmçinin qadın məhkəməyə İlqar İlyasovla barışdıqlarını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin hökmü ilə İlqar İlyasov 9 il müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

End of content

No more pages to load

RADİO