Qaxda buraxılış imtahanında ən yüksək nəticəni şəhid övladı əldə edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, XI sinif şagirdi Sənan Məmmədzadə imtahanda 285 bal toplayıb.
Sənan Məmmədzadə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun övladıdır.
Qeyd edək ki, o, daha əvvəl IX sinif buraxılış imtahanında da 300 mümkün baldan 297,8 bal toplayaraq rayon birincisi olub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu