Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 9-cu sinif buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil hərəkətdə olarkən digər kənd sakininə məxsus nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində bir neçə şagirdin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Hadisə rayonun Zopun kəndi ərazisində qeydə alınıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
Sabutay, Bizim.Media, Cənub bürosu