Bu gün 55 mindən çox şagird buraxılış imtahanı VERDİ

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya verilən məlumata görə, Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri) Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri) və Naxçıvan Muxtar Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
 

Bu gün həmçinin Çilov adasında yerləşən məktəbdə, Bakı şəhəri üzrə xüsusi – internat məktəblərində, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə , eləcə də tədrisi gürcü dilində aparılan məktəblərdə oxuyan şagirdlər buraxılış imtahanı verib. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helokopteri vasitəsilə həyata keçirilib.


İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55282 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.
 

Aprelin 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftədən sonra elan olunması nəzərdə tutulur.


Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Hava bu insanlar üçün əlverişsiz olacaq

Hava bu insanlar üçün əlverişsiz olacaq

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

End of content

No more pages to load

RADİO