Zabratda sevgi münasibətləri QANLA BİTDİ – Cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Leyla Abbasova və onun 20 yaşlı sevgilisi Zahir Soltanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media Musavat.com-a istinadla xəbər verir ki, hadisə ötən il avqustun 9-da Zabrat qəsəbəsində baş verib.

29 yaşlı İkram Piriyev yaşadığı evdə qətlə yetirilib. Cinayəti törətməkdə Zahir Soltanov və onunla sevgi münasibətində olan Leyla Abbasova ittiham olunaraq saxlanılıblar. Zahir Soltanov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə), Leyla Abbasova isə 32.5, 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsin qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilib.

Leyla Abbasova ilkin istintaq zamanı verdiyi ifadəsində ailə həyatındakı problemlərdən, ərinin xəyanətlərindən və Zahir Soltanovla tanışlığından bəhs edib.

Onun sözlərinə görə, evlilikdən sonra İkram Piriyevlə əvvəlcə onun ata evində yaşayıblar, daha sonra Bakıya köçüblər. İkram Piriyev taksi fəaliyyəti ilə məşğul olub. Leyla Abbasova bildirib ki, sonradan Sabunçu ərazisində ev alıb təmirə başlayıblar.

Onun iddiasına görə, ərinin başqa qadınlarla münasibətləri olub və bu səbəbdən aralarında mübahisələr yaranıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, Zahir Soltanovla əvvəlcə qonşu kimi tanış olub, daha sonra sosial şəbəkələr vasitəsilə ünsiyyətləri davam edib və münasibətləri dərinləşib. Onun ifadəsinə görə, ərinin bu yazışmalardan xəbər tutmasından sonra evdə gərginlik yaranıb.

Leyla Abbasova həmçinin bildirib ki, Zahir Soltanov ondan boşanmasını istəyib, lakin övladlarına görə buna razı olmayıb.

Leyla Abbasova ifadəsində qeyd edib ki, hadisə günü gecə evdə səs-küy eşidib və daha sonra ərini yerdə hərəkətsiz vəziyyətdə görüb. Onun sözlərinə görə, həmin an qara geyimli bir şəxsin əlində bıçaqla evdən uzaqlaşdığını görüb. Daha sonra o, qonşuları köməyə çağırdığını və hadisədən sonra Zahir Soltanovun anası ilə birlikdə hadisə yerinə gəldiyini bildirib.

Şahid qismində ifadə verən Zahir Soltanovun babası Hidayət Soltanov hadisədən səhər xəbər tutduğunu bildirib.

Zahid Soltanovun anası Elnarə Soltanova isə ifadəsində “Oğlumun ağlı başında olsaydı, bu səhvləri etməzdi” deyib. Hadisənin bütün hallarını araşdıran məhkəmə hökm çıxararaq Leyla Abbasovanı 15 il, Zahir Soltanovu isə 18 il müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO