Samuxda 69 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə 1957-ci il təvəllüdlü Svetlana Zamanovanın yaxınları ona məxsus evdə cansız bədənini aşkar ediblər.
Yaşlı qadının hansı səbəbdən dünyasını dəyişdiyi hələlik məlum deyil.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu