Şəmkirdə kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd sakini Rəhimov Səhman Rəhim oğlunu elektrik cərəyanı vurub. Hadisə nəticəsində kişi dünyasını dəyişib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu