Qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilir.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır.

Ərizə qəbulunun birinci mərhələsi 2026-cı il fevralın 18-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2026-cı il aprelin 16-dan 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Müsabiqədə iştirak ödənişlidir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər haqqında məlumat

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun-duq¬dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
 

Qeyd edilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 18 fevral – 5 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.


Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək.

III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Məlumatda qeyd edilib ki, I ixtisas qrupu üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər.

Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO