İradə Aşumova ilə tələbəsi məhkəməyə məcburi gətirildi - “Cəmi 30 manat verilib”

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Bizim.Media “qafqazinfo.az” istinadla xəbər verir ki, bugünkü prosesdə ittiham tərəfinin sonuncu şahidləri ifadə verib.

Prosesdə dindirilən şahidlər sırasında güllə atıcılığı üzrə dünya çempionu, Olimpiya mükafatçısı İradə Aşumova və onun tələbəsi Nəzrin Abbaslı da olub. Onlar ikisi də məcburi gətirilmə barədə qərar qəbul edildikdən sonra, polisin icrası ilə məhkəməyə gəliblər. Aşumova və tələbəsi yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatlarının mənimsənilməsi epizodu ilə bağlı sorğu-sual ediliblər.
 

Olimpiya çempionu deyib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışların birində işirak edib. Bunun qarşılığında da ona mükafat kimi cəmi 30 manat pul verilib. 


Eyni məbləğdə mükafat da Nəzrin Abbaslıya çatıb. Gənc idmançı deyib ki, yarışlara İradə Aşumovanın rəhbərliyi ilə qatılıb:

“İlkin istintaq zamanı müstəntiq qarşıma protokol qoydu ki, yarışda sənə pul verilib. Mən də 30 manat mükafat aldığımı təsdiq etdim”.

Prosesin sonunda Raqif Abbasovun vəkili Ruzi Səmədov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində işləyən 16 nəfərin- Yusifov Aydın Mayıl oğlu, Hüseynov Məmməd Ələsgər oğlu, Şahbazov İlkin İntiqam oğlu, Nurməmmədov Tural İbrahim oğlu, Sultanova Valentina Nikolayevna, Korjova Tatyana Senyonovna, Qurbanov Emil Sərraf oğlu, Cabbarov Cəmil Fikrət oğlu, Quliyev Nurəddin Xankişi oğlu, Əsgərov Azad Əsgər oğlu, Hüseynov Mobil Rəsul oğlu, Məmmədov Əziz Əli oğlu, Abbasov Elçin Əzizəli oğlu, Tahir Tahirov, Elçin Bədəlov və  Asim Vəliyevin əlavə şahid kimi məhkəmədə dindirilməsini istəyib.

Hakimlər bu günə qədər dindirilən şahidlərin yetərli olduğunu əsas gətirərək vəsatəti təmin etməyib.

Proses aprelin 29-u cinayət işi materiallarının tədqiqi ilə davam edəcək. Ardınca prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
 

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Hazırkı vaxta qədər dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

 
Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, tanınmış idmançı İradə Aşumova Azərbaycan atıcılıq millisinin baş məşqçisidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO