Bakıya güclü dolu yağmasının səbəbi açıqlandı – Daha nələr olacaq?

Ötən gün Qubaya güclü qar, Bakı və Abşerona isə şiddətli dolu yağıb. Aprel ayında ölkə ərazisində qış havasının müşahidə olunması çoxsaylı suallar doğurub.

Azərbaycan təbiətində nə baş verir? Bizi daha hansı sürprizlər gözləyir?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, proseslər təsadüfi deyil və arxasında həm mövsümi atmosfer dəyişiklikləri, həm də qlobal iqlim transformasiyaları dayanır:

“Azərbaycan coğrafi mövqeyinə görə müxtəlif hava kütlələrinin kəsişdiyi regionda yerləşir. Yaz ayları isə xüsusilə keçid dövrü hesab olunur. Bu dövrdə şimaldan soyuq hava, cənubdan isti və rütubətli kütlələr və Xəzər dənizinin təsiri eyni vaxtda atmosfer proseslərinə təsir edir. Nəticədə qısa müddət ərzində temperaturun dəyişməsi, dolu yağması, güclü külək, dağlıq ərazilərdə qar və intensiv yağış kimi hadisələr baş verir.
 

Bu baxımdan aprel ayında qar və dolu hadisələrinin müşahidə olunması meteoroloji baxımdan qeyri-sabit sayılmır. Son dövrlərdə ölkənin bəzi bölgələrində yağıntı normadan artıq düşür. Bu isə çaylarda su səviyyəsinin qalxmasına, torpaq sürüşməsi riskinin artmasına və dolu hadisələrinin intensivləşməsinə səbəb ola bilir”.


Ekoloq bildirib ki, müasir  dövrdə müşahidə olunan əsas amillərdən biri də iqlim dəyişikliyidir:

“Son onilliklər ərzində temperatur amplitudası artıb, ekstremal hava hadisələrinin sayı çoxalıb, dolu və leysanların intensivliyi yüksəlib və mövsümlərin sayı azalıb. Bu proseslər Azərbaycanda deyil, dünyanın bir çox regionlarında müşahidə olunur. İsti iqlimə malik ölkələrdə belə dolu və qeyri-adi yağışların baş verməsi qlobal iqlim sistemində dəyişikliklərin getdiyini göstərir. Mütəxəssislərin müşahidələrinə əsasən yaz aylarının sonuna qədər arabir dolu yağışları, qısamüddətli sel hadisələri və güclü külək epizodları kimi hallar davam edə bilər. Bu isə yaz mövsümü üçün xarakterik sayılır”.

İradə Həsənova əlavə edib ki, iqlim dəyişiklikləri səbəbindən son illərdə yay mövsümündə də lokal leysan yağışları, qısamüddətli dolu hadisələri və quraqlıqda növbələşən rütubətli dövrlər daha tez-tez müşahidə edilir:

“Bu isə kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması baxımından diqqətli yanaşma tələb edir. Beləliklə, Azərbaycanda müşahidə olunan qeyri-adi hava hadisələri tamamilə fövqəladə sayılmasa da, onların intensivliyi və təkrarlanma tezliyi iqlim sistemində dəyişikliklərin getdiyini göstərir. Bu səbəbdən ətraf mühitə diqqətli yanaşmaq, riskli ərazilərdə qabaqlayıcı tədbirlər görmək və meteoroloji xəbərdarlıqları izləmək vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO