Bakıda dəhşətli qəza törədən "Toyota"nın sürücüsü nüfuzlu şəxsin nəvəsi imiş

Bakının Zığ-Hava limanı yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, toydan çıxan Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Samir Məmmədov, 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1965-ci il təvəllüdlü Azad Əhmədov Əhmədli qəsəbəsində olarkən, Azad Əhmədovun tanışı ona zəng vurub.

Yük avtomobili idarə edən həmin şəxs Azad Əhədovdan kömək istəyib. 

Bildirib ki, avtomobilinin yanacağı bitib, ona yanacaq alıb gətirmək lazımdır. Azad, Samir və Elvin taksi ilə həmin əraziyə gəliblər. Onlar hadisə yerində düşüb taksi sürücüsündən xahiş ediblər ki, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən avtomobil üçün yanacaq alsın. Taksi sürücüsü də onları düşürdükdən sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Bu vaxt 2002-ci il təvəllüdlü Elmir Qubadov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan həmin üç nəfəri vurub, daha sonra isə yük avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yanıb.

Məlumata görə, E.Qubadov hadisə zamanı sərxoş olub.

O, tanışı olan qadınla restoranda yeyib-içəndən sonra sərxoş vəziyyətdə avtomobili idarə etməyə başlayıb və nəticədə ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan qadın da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumatda o da qeyd edilir ki, hadisəni törədən E.Qubadov imkanlı şəxsdir və onun babası Bakıda nüfuzlu şəxslərdən biridir.

Xatırladaq ki, aprelin 13-də gecə saat 2 radələrində Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ-Hava limanı yolunda 2002-ci il təvəllüdlü Elmir Qubadov "Toyota Corolla" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan üç nəfəri vurub və yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində "Toyota" markalı avtomobil yanıb. Qəza zamanı 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

End of content

No more pages to load

RADİO