Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələr üzrə genişmiqyaslı və sistemli islahatlar həyata keçirilir. Bu islahatlar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, idarəetmədə daha çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasıa xidmət edir.

Xüsusilə sosial sahədə atılan addımlar əhalinin rifahının yüksəldilməsinə yönəlib. Bütün bu islahatların əsas məqsədi dövlət xidmətlərini daha keyfiyyətli səviyyəyə çatdırmaqdır.

Aparılan islahatların ardıcıllığı və sistemliliyi Azərbaycanın davamlı inkişaf modelinin formalaşdığını göstərir. Nəticədə bu dəyişikliklər ölkənin həm daxili sabitliyini möhkəmləndirir, həm də beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Səhiyyə sahəsində də atılan addımlar bu qəbildəndir.
 

MÖVZU İLƏ BAĞLI:

Anar Bayramov TƏBİB-in İcraçı direktoru TƏYİN EDİLDİ


Öncəliklə qeyd etmək lazımdır ki, son illər səhiyyə sahəsi ilə bağlı verilən qərarlar Azərbaycanın bu sektorda yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür.

Bu mərhələ yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır. Həmçinin idarəetmə fəlsəfəsi yenilənir, xidmət keyfiyyəti yüksəlir və vətəndaş məmnunluğu artır. Qeyd olunan sahədə yeni islahat dalğası səhiyyə və sosial müdafiə sistemləri arasında daha sıx və səmərəli koordinasiyanın qurulmasını hədəfləyir.

Yeni mərhələdə diqqət çəkən mühüm məqamlardan biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rolunun əhəmiyyətli dərəcədə genişləndirilməsidir.

Artıq TƏBİB yalnız səhiyyə müəssisələrini idarə edən qurum kimi deyil, həm də tibbi xidmətlərin təşkili və icrasında əsas aktor kimi çıxış edəcək.

Dövlətin prioritet elan etdiyi sahələrdən olan səhiyyə sistemində əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun artırılması üçün atılan addımlar, aparılan islahatlar davamlı xarakter daşıyır.

Prezident İlham Əliyevin "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" bu ilin martın 19-da imzaladığı Fərman isə yeni islahat mərhələsinə keçid üçün baza rolunu oynayır, sistemin idarəetmə istiqamətinin yenilənməsindən xəbər verir. Fərmanda icbari tibbi sığorta sistemində funksiyaların yenidən bölüşdürülməsi, sosial müdafiə və səhiyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi və TƏBİB-in rolunun genişləndirilməsi nəzərdə tutulur.
 

Bu dəyişikliklər Azərbaycan səhiyyəsində bir neçə məsələni gündəmə gətirir. Yeni modelin idarəetmə baxımından dəyişəcəyi amillər, bu dəyişikliklərin iqtisadi və sosial təsiri və islahatların real nəticəsinin asılı olduğu şərtlər əsas müzakirə istiqamətləri kimi səciyyələnə bilər.


İnstitusional baxımdan TƏBİB-in gücləndirilməsi daha müasir, dayanıqlı və çevik idarəetmə modelinə keçidin əsasını təşkil edir. Bu isə qurumun səhiyyə sistemində yaranan yeni çağırışlara daha operativ uyğunlaşmasını təmin edir. Artan məsuliyyət fonunda TƏBİB-in fəaliyyətində nəticəyönümlülük, vətəndaşyönümlülük və keyfiyyət meyarları daha da ön plana çıxır.

Məhz islahatların əsas mərhələsi kimi Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilməsini qiymətləndirmək olar. Bu gün isə məhz onun sədrliyi ilə keçirilən Şuranın iclasında Anar Bayramov qurumun yeni icraçı direktoru təyin edildi.

İslahatların əsas istiqamətlərindən biri icbari tibbi sığorta sisteminin daha təkmil maliyyələşdirmə mexanizmi əsasında yenidən qurulmasıdır.

Bu model çərçivəsində tibbi sığorta fondunun vəsaitlərinin idarə olunması daha mərkəzləşdirilmiş və şəffaf şəkildə həyata keçiriləcək.
 

Nəticədə maliyyə intizamı güclənəcək, vəsaitlərin istifadəsində səmərəlilik artacaq və səhiyyə xərclərinin optimallaşdırılması mümkün olacaq. Bu yanaşma uzunmüddətli perspektivdə sistemin maliyyə dayanıqlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir.


Nəticə etibarilə, həyata keçirilən islahatlar səhiyyə sisteminin daha çevik, şəffaf və səmərəli fəaliyyət göstərməsinə hesablanıb. Bu dəyişikliklər yalnız idarəetmə strukturunu
yeniləməklə kifayətlənmir, həm də vətəndaşların gündəlik həyatında real hiss olunan keyfiyyət dəyişikliklərinə gətirib çıxarmağı hədəfləyir. Əsas məqsəd isə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

End of content

No more pages to load

RADİO