Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı YENİ TƏLƏB

Məhkəmədə xəstəliyə görə cəzadan azad etmə ilə bağlı müraciətlərdə məhkumun mövqeyi onun iclasa gəlməsi, zərurət olduqda videokonfrans formatında iştirakı ilə dəqiqləşdirilməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə göndərilən tövsiyədə bildirilib.
 

Vurğulanıb ki, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə institutunun tətbiqi zamanı məhkumun sağlamlıq vəziyyəti və onun cəzanı faktiki çəkmək imkanının olub-olmaması nəzərə alınır.


Bununla da cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olan şəxs cəzadan azad edilir.

Təcrübə göstərir ki, bəzi hallarda xəstəliyə görə cəzanı çəkməkdən azad etmə barədə məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən edilmiş müraciətlərə məhkumun xəstəliyini təsdiq edən sənədlər əlavə olunmur.

Həmçinin, müraciətlə bağlı mövqeyinin dəqiqləşdirilməsi üçün məhkumun məhkəmə iclasında bilavasitə iştirakı təmin olunmadan və ya iştirakı ilə bağlı məsələ lazımi qaydada həll olunmadan onun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olub-olmaması ilə bağlı həkim komissiyasının rəyinin alınması üçün tibbi şəhadətləndirilmə barədə qərar qəbul olunur.

Bildirilib ki, bu da sui-istifadə hallarının yaranmasına, o cümlədən əsassız müraciətlər nəticəsində zəruri olmayan təxliyələrin həyata keçirilməsinə və əlavə tibbi müayinələrin aparılmasına səbəb olur.

Qeyd edilib ki, göstərilənləri nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə olunur:

• xəstəliyə görə cəzanı çəkməkdən azad etmə barədə məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən verilmiş ərizələrlə əlaqədar işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılma;

• müdafiəçinin və ya qanuni nümayəndənin ərizələrinə dair məhkumun mövqeyinin dəqiqləşdirilməsi üçün həmin müraciətlərə məhkum edilmiş şəxslərin iştirakı ilə baxılması;

• səhhətinin vəziyyəti məhkumun məhkəmə iclasında bilavasitə iştirak etməsinə imkan vermədikdə videokonfrans əlaqə sistemindən istifadə olunması;

• müraciətə məhkumun iddia edilən xəstəliyə düçar olduğunu təsdiq edən tibbi sənədlərin əlavə olunmadığı aşkar edildikdə belə natamamlığın cəzanı icra edən müəssisə və orqanlardan həmin sənədlər tələb edilməklə aradan qaldırılması. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

End of content

No more pages to load

RADİO