Respublika Diaqnostika Mərkəzinin PR və Marketinq Şöbəsinin rəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, o, bu vəzifəyə ötən ilin avqust ayında təyin olunub.
Hazırda sözügedən vəzifəyə yeni təyinat həyata keçirilməyib.
Qeyd edək ki, S.Oruc müxtəlif dövrlərdə ARB TV və AzTV kanallarında müxbir kimi fəaliyyət göstərib.
O, həmçinin Liv Bona Dea Hospital xəstəxanasında İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Bizim.Media