Seyfəddin Dəmirli son anda imtina edibmiş - Sənədlər guya İngiltərədə təsdiqlənib...

1 milyon manatdan çox dələduzluqda ittiham olunan Rafiq Vəliyevin məhkəmə istintaqı başlayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əsas iclasda prokuror ittiham aktını elan edib.

Rafiq Vəliyev məhkəməyə qədər azadlıqda olub. Bundan əvvəlki iclasda onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb isə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi istiqamətində təşəbbüs göstərilməməsi olub.

42 yaşlı Rafiq Vəliyev iki nəfərin ümumilikdə 1 milyon 100 min manatını ələ keçirməkdə, daha iki nəfərin isə 408 min manatını ələ keçirməyə cəhd etməkdə təqsirləndirilir.
 

İş üzrə ən çox ziyan görən Gülnarə Rəhmanovadır. İttihamda yazılır ki, R.Vəliyev digərləri ilə əlbir olaraq G.Rəhmanovadan 1 milyon 37 min manat dəyərində qeyri-yaşayış sahəsinin satılması üçün sərəncamverici sənəd alıb. Lakin sonradan vədinə əməl etməyərək həmin pulu ələ keçirib.


Eyni üsulla aldadılan şəxslərdən biri də Türkiyə vətəndaşı Yurdsever Levent Metindir.

Təqsirləndirilən şəxs ondan da 54 min manat dəyəri olan əmlak üzərində sərəncam verməyə imkan yaradan sənəd alıb, daha sonra evi 53 min manata sataraq pulu mənimsəyib.

Rafiq Vəliyevin dələduzluq planının növbəti qurbanı isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi Seyfəddin Dəmirli olmalı idi.

O, torpağın sahibi olan Ruxsarə Rəhimova ilə qadının mülkiyyətindəki Ləhic bağlarında yerləşən sahəsi 24 sot, dəyəri 408 min manat olan torpaq sahəsinin satışı üçün razılıq əldə edib.

S.Dəmirli ilə danışıqlarda sənədlərin hazır olduğunu bildirərək torpaq sahəsini ələ keçirməyə çalışıb. Lakin budəfəki cinayət planı baş tutmayıb.

Tərəflər arasında yekun müqavilə bağlanarkən Dəmirli aldadılacağını öyrənib. Nəticədə bu cinayət tam baş tutmamış qalıb.

Bundan sonra R.Vəliyev polis tərəfindən istintaqa cəlb edilib, faktla bağlı cinayət işi başlanılıb. İşdə diqqətçəkən ən maraqlı məqam isə rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı ittihamdır.

Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişlərdə inam yaratmaq üçün xarici elementli sənədlər hazırlayıb.

O, guya Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəsmi qurumları-Xarici İşlər və Birlik İşləri üzrə dövlət katibi Riçard Şartr və İngiltərədə fəaliyyət göstərən notariuslar tərəfindən verilmiş sənədlər kimi təqdim edilən kağızlar tərtib edib.

Həmin sənədlər beynəlxalq hüquqi qüvvəyə malik kimi göstərilərək daha inandırıcı formada təqdim olunub.

Məsələn, bu hiyləgər planla xarici vətəndaşların adından etibarnamələr hazırlanıb və bu sənədlərlə Azərbaycandakı əmlak üzərində sərəncam vermək hüququnun verildiyi göstərilib.

Təqsirləndirilən şəxs dələduzluq ittihamını qəbul etməyib, özünü yalnız saxta sənəd hazırlamaqda təqsirli bildiyini deyib.

Qeyd edək ki, Seyfəddin Dəmirli iki ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin olunub.

O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur.

Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. Vaxtaşırı Allahverdi Dəmirovun adı müxtəlif korrupsiya xarakterli cinayət işlərində də hallanıb.

Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu iddia edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

End of content

No more pages to load

RADİO