Xaçmazda kişi pilləkəndən yıxılaraq ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Qusarçay kənd sakini Telman Fərhadov yaşadığı evdə pilləkəndən yıxılıb və ağır bədən xəsarətləri ilə mərkəzi xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq 60 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu